30 Iyun 2020 16:18
541
CƏMİYYƏT
A- A+

Lənkəranda icra başçısının növbəti video müşavirəsi


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı T. Qaraşov xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı görülən tədbirlərə həsr olunmuş növbəti onlayn müşavirə keçirib. Müşavirədə ŞİH başçısının Lənkəran şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edib. İcra başçısı koronavirus infeksiyasının qarşısının alınması üçün Nazirlər Kabinetinin qərarı ilə ölkənin bəzi şəhər və rayonlarında, o cümlədən Lənkəran şəhəri ərazisində xüsusi karantin rejiminin 1 avqust 2020-ci il tarixədək uzadıldığını və bununla əlaqədar bir sıra sərt karantin tədbirlərinin tətbiq edildiyini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Bu tədbirlərin Operativ Qərargahın təlimat və tövsiyələrinə uyğun aparılmasını, ərazi üzrə sanitar-epidemioloji normalara qeyd-şərtsiz əməl olunmasını, idarə, müəssisə və təşkilatlarda gündəlik iş prosesi zamanı işçilərin say həddinin gözlənilməsini və zəruri mühafizə vasitələrindən istifadə edilməsini tələb edib. Müşavirədə ölkə Prezidenti cənab İlham Əliyevin bu günlərdə Gəncə şəhərinə səfəri zamanı koronavirus epidemiyasına qarşı mübarizədə tibbi-qoruyucu vasitələrin xüsusi əhəmiyyəti barədə söylədiyi fikirlərini bir daha xatırladan icra başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində, avtobus dayanacaqlarında insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, o cümlədən yas mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə bütün ziyalıları, sağlam düşüncəli, ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi, xüsusi olaraq qurulmuş yoxlama postlarında çətin şəraitdə məsul vəzifə icra edən qruplara yaxından köməklik etməyi tapşırmışdır.Natiq çıxışında vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq bütün qüvvələrə çağırış etmiş, yuxarıda sadalanan tövsiyələri anlayışla qəbul edib icra etməyi xahiş etmiş, eyni zamanda yaşı 65-dən yuxarı olan insanlara, eləcə də tənha, kimsəsiz, sosial qayğıya ehtiyacı olan şəxslərə, həssas qruplardan olan ailələrə köməkliklərin bundan sonra da davam etdirilməsinin, onların sosial müdafiəsinin hər zaman diqqət mərkəzində saxlanılmasının, bu işdə hər hansı bir laqeydliyin, neqativ halın yolverilməz olmasının daim günün tələbi olduğunu söyləmişdir. Eyni zamanda İcra başçısı müşavirə iştirakçılarının diqqətini ölkə Prezidentinin təşəbbüsü ilə aztəminatlı ailələrin, eləcə də işsiz vətəndaşların maddi-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yaradılmış haqqı ödənilən ictimai işlərə cəlb edərək bu sahədə çalışan şəxslərin hər birinin işə davamiyyətinin və dövlət tərəfindən müəyyən olunmuş əmək haqqını vaxtında almasının daim diqqətdə saxlanılmasının vacibliyini vurğulamış, bu işdə hər hansı qanun pozuntusuna yol verəcək şəxslərin ən ciddi şəkildə cəzalanacağını bildirmişdir. Yığıncağı yekunlaşdıran başçı yay mövsumu ilə əlaqədar meşələrin, əkin sahələrinin, otlaqların, park və bağların yanğından qorunması, ümumiyyətlə, yanğın təhlükəsizliyi ilə bağlı əhali arasında təbliğat-izahat işlərinin bir daha gücləndirilməsini, məişət tullantılarının vaxtında yığılıb daşınmasını, dənizsahili ərazilərdə, çaylarda, çimərlik kimi istifadə olunan yerlərdə ilk növbədə karantin rejimi tələblərinə və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunmasını, ən əsası havaların uzun müddət quraq keçməsi və tempraturun qeyri-normal şəkildə yüksəlməsi ilə əlaqədar suya yaranan ehtiyacı ödəmək üçün mövcud su ehtiyatlarından səmərəli şəkildə istifadə olunmasını tövsiyə etmişdir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video