05 Iyun 2020 14:59
752
İQTİSADİYYAT
A- A+

Monitorinqlər zamanı 1655 obyektdə sanitar-epidemioloji tələblərin pozulması halı aşkarlanıb


İqtisadiyyat Nazirliyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması üzrə nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iyunun 4-də keçirilən növbəti monitorinqlərdə Suraxanı rayonunda "Fəqan” mağazasında, "Kafe çayka” ictimai iaşə obyektində, Xəzər rayonunda Arzuman İsgəndorova məxsus "Avto ehtiyat hissələri” mağazasında, Quba rayonunda "Grand Market”də, "İnşaat Aksessuarları" mağazasında, "Dokta-2019" aptekində, "Yüksəl" restoranında, Ağcabədi rayonunda "Unversam”, "FM İnşaat” mağazalarında, "Market” pərakəndə ticarət obyektində, "Dönər” ictimai iaşə obyektində, Oğuz rayonunda "Kafe-Çay evi” ictimai iaşə obyektində, "Aytən” gözəllik salonunda, İsmayıl İsmayılova məxsus ət dükanında, Tərtər rayonunda "Oba Market”də, Sahib Quliyevə məxsus "Bərbərxana”da, Goranboy rayonunda "El Market”də, "Bokt” MMC-yə məxsus "Asel kredit”də, Cəlilabad rayonunda "İnşaat malları mağazası”nda, "Rəmzi market”də, "Aptek Dokta”da, İsmayıllı rayonunda "Aptek Zeytun 8”də, "Gəncə Çörək sexi”ndə və sair ticarət və xidmət obyektlərində ümumilikdə, 377 obyektin 150-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Qeyd edək ki, mayın 22-dən iyunun 4-dək 3535 sahibkarlıq subyektində monitorinq keçirilib və 1655 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halı aşkarlanıb.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video