05 Iyun 2020 14:11
953
SİYASƏT
A- A+

“Nezavisimaya qazeta”: koronavirus Ermənistanı fəlakət həddinə çatdırıb


"Koronavirus Ermənistanı fəlakət həddinə çatdırıb. "Nezavisimaya qazeta”da bu sərlövhəli məqalə dərc olunub. Materialda qeyd edilir ki, Ermənistanda koronavirusa yoluxanların sayının dəhşətli dərəcədə artmasına görə baş nazir Nikol Paşinyanı ittiham edirlər.

AZƏRTAC xəbər verir ki, qəzetin icmalçısı Yuri Roksun yazdığına görə, Ermənistan parlamentində təmsil olunmuş müxalifət respublikada epidemiya ilə bağlı çox mürəkkəb vəziyyət yaranmasının və yaxşılaşma meyillərinin olmamasının səbəbi barədə hökumətdən izahat tələb edir.

Xatırladaq ki, Ermənistan əhalinin hər milyon nəfərindən koronavirusa yoluxanların sayı göstəricisinə görə Rusiyadan irəlidədir. İyunun 4-ü üçün olan məlumata görə, Ermənistanda koronavirusa yoluxma ilə bağlı 11.221 hadisə qeydə alınıb. Xəstəliyə tutulanların sayının artım göstəricisi təqribən 6 faizdir. Yoluxanların 3468 nəfəri sağalıb, 176 nəfər dünyasını dəyişib.

Qəzet yazır ki, Ermənistan parlamentində təmsil olunmayan müxalifət bu vəziyyətə görə şəxsən baş nazir Nikol Paşinyanı və onun hökumətini ittiham edir. Bu Nazirlər Kabinetində əvvəllər işləyənlərin bir qismi də Paşinyanın istefasını tələb edənlərə qoşulub. Özü yüngül formada koronavirusa yoluxmuş baş nazir isə yaranmış təhlükəli vəziyyətə görə məsuliyyəti əhalinin üzərinə yıxır. Onun fikrincə, əhali mövcud vəziyyətə qeyri-ciddi yanaşır və təhlükəsizlik normalarını pozur.

"Çiçəklənən Ermənistan” blokunun deputatı Naira Zoqrabyan hökuməti kəskin tənqid edib.

Məqalədə deyilir: "Səhiyyə naziri Arsen Torosyan da kəskin tənqidə məruz qalıb. Müxalifət onu epidemiya siyasətini tamamilə iflasa uğratmaqda, səhvlərini etiraf etməyi və onları düzəltməyi bacarmamaqda ittiham edir”.

Qəzet daha sonra yazır ki, Torosyan özü bu günlərdə Gürcüstanın ünvanına koronavirusla bağlı qəribə bir bəyanat verib, bu bəyanat beynəlxalq qalmaqala səbəb olub və nazir qonşu ölkədən üzr istəməyə məcbur olub. Bu dəfə isə, Torosyan müxalifətçi deputatları təqsirləndirib. Onun fikrincə, məhz həmin deputatlar fövqəladə vəziyyət rejiminin uzadılmasına, yoluxanlarla təmasda olan şəxslərin aşkar edilməsi və maska taxmaq sistemi tətbiq edilməsinə mane olub, nəqliyyatın və müəssisələrin işinin bərpa olunmasını tələb ediblər. Nazir deyib: "Ermənistanın zəif inkişaf etmiş, onilliklər boyu kifayət qədər maliyyələşdirilməmiş səhiyyə sistemi, bununla belə, varlı ölkələrlə müqayisədə yüz qat yaxşı vəziyyətdə olub”.

Xatırladaq ki, Nikol Paşinyan iyunun 4-də sosial şəbəkədə növbəti dəfə xalqa müraciət edərək vəziyyətin pisləşdiyini bildirib. Baş nazirin sözlərinə görə, tibbi müəssisələr həddən artıq yüklənib və tibbi yardıma ehtiyacı olan insanları qəbul edə bilmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video