05 Iyun 2020 11:25
772
Mədəniyyət
A- A+

“İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitab Daşkənddə çap olunacaq


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə araşdırmaçı alim Emin Arifin "İngiltərənin geosiyasi maraqlarında "erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı kitabı Daşkənddə özbək və rus dillərində çap olunacaq.

AZƏRTAC xəbər verir ki, kitabı artıq Şahistə Kamranlı özbək dilinə çevirib və əsərin rus dilinə tərcüməsi üzərində iş gedir.

Əsərdə XX əsrin əvvəllərində "erməni məsələsi”nin dünyanın aparıcı güc mərkəzi olan Böyük Britaniyanın geosiyasi planlarında tutduğu yerdən, Birləşmiş Krallığın müxtəlif qurumları tərəfindən qəbul edilən qərarlarla ermənilər üçün külli miqdarda maliyyə vəsaitinin, müxtəlif silah və sursatın təmin edilməsindən bəhs olunur. Müəllif Böyük Britaniyanın arxiv materialları əsasında yazdığı əsərdə qeyd edir ki, ingilislərin ermənilərlə əməkdaşlığı Azərbaycanın bir çox bölgəsində minlərlə insanın qətlə yetirilməsinə səbəb olub.

Nəşrdə böyük güclərin geosiyasi maraqlarının toqquşması kontekstində "erməni məsələsi”nin yeri, bu dövlətlərin siyasətlərinə uyğun olaraq silahlandırılan və güclənən ermənilər tərəfindən gerçəkləşdirilən kütləvi qırğınların mahiyyətinin araşdırılması, rəqabət və təhriklər nəticəsində ortaya çıxan problemin Azərbaycan üzərindəki ağır nəticələri xarici mənbələr və arxiv materialları əsasında təhlil edilir.

Əsərin əsas elmi yeniliyi ondan ibarətdir ki, Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilən cinayətlər İngiltərənin arxiv materiallarına əsaslanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video