05 Iyun 2020 11:23
522
DÜNYA
A- A+

“Forbes” jurnalı Avropada ən təhlükəsiz çimərliklərin adını açıqlayıb


ABŞ-ın nüfuzlu "Forbes” jurnalı Avropada ən təhlükəsiz çimərliklərin adını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, çimərliklərin siyahısı tərtib olunarkən koronavirus xəstəliyinin göstəricisinin aşağı olması, çimərliklərin böyüklüyü, bir nəfər üçün ayrılan yerlərin sayı, tibb müəssisələrin yaxınlığı kimi amillər nəzərə alınıb. Siyahıda birinci yerdə Yunanıstanın Preveze bölgəsində yerləşən Monoliti çimərliyi yerləşib. 22 km uzunluğu və 80 metr eni ilə çimərlik Avropanın ən geniş çimərliyi sayılır. Çimərlik, hava limanından 10 dəqiqə məsafədə yerləşir, yaxınlığında 3 xəstəxana fəaliyyət göstərir.

Yunanıstanın digər çimərliyi siyahıda 5-ci yerdədir. Korfuda yerləşən Xalikunas çimərliyi ən yaşıl çimərliklər sırasındadır. Beləliklə, "Forbes” jurnalına görə Avropanın ən təhlükəsiz çimərlikləri aşağıdakılardır:

1) Monoliti, Preveza

2) Komporta, Alenteju, Portuqaliya

3) Xel, Polşa

4) Porto Santo, Madeyra, Portuqaliya

5) Xalikunas, Korfu

6) Qayn Tuffixa, Malta

7) Meya Praya, Laqos, Alqarve, Portuqaliya

8) Yurmala, Latviya

9) Nida, Litva

10) Bints, Ryuqen, Almaniya

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video