Alternative content

15:41 11 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
01:45 11.07.2020 Qlobal liderlik missiyası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyev: “Sisyanı pozun, Qarakilsə yazın”
İlham Əliyev: “Sisyanı pozun, Qarakilsə yazın”
ANA SƏHİFƏ / SİYASƏT
02:33 05.06.2020


Azərbaycan Prezidentindən tarixi həqiqətlərin bərpasına növbəti çağırış


Tarix, milli kimliyimizin, varlığımızın, ən əsası isə həqiqətin aynasıdır. Gələcəyimiz isə tarix üzərində bərqərar olan bir səltənətdir.

Və tarix həm də elə bir səhifədir ki, onu qaralamağa, silməyə, saxtalaşdırmağa, varlığın təməlini laxlatmağa çalışanlar da olur...

Elə buna görədir ki, tarixin də keşiyi çəkilməli, tarixin də tarixini saxtalaşdıranlara qarşı ayıq-sayıq olunmalıdır...

Təəssüf ki, vətənimiz Azərbaycan zaman-zaman məhz bu acı aqibətlə üzləşib. Ana yurdumuzun tarixi məqsədyönlü şəkildə saxtalaşdırılıb, yer adları, toponimləri dəyişdirilib, uydurma adlar taxılıb...

Prezident İlham Əliyev bu reallığı daim gündəmdə saxlayır, daş yaddaşımızın, tarixi və mədəni abidələrimizin itib-batmamasına, yadlaşdırılmamasına böyük diqqət yetirir. Muzeylərə səfər edir, tariximizə aid hər bir məqama diqqət yetirir, bütün həqiqətlərin olduğu kimi əks olunmasına böyük əhəmiyyət verir. Çatışmazlıqlar gördükdə isə dərhal iradını bildirərək düzəldilməsi barədə tapşırıq verir.


Haradadır mənim qədim şəhərlərim?


Bu il martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edən Prezident İlham Əliyev orada nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirərək sual verdi: "Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?”

Rayon icra hakimiyyətinin başçısı Prezidentə bildirib ki, xəritə Mədəniyyət Nazirliyindən götürülüb.

Prezident isə irad bildirərək qeyd edib: "Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıb. O vaxt Sisyan adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir? Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir. Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz, Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.


"İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir”


İyunun 3-də isə Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edən dövlət başçısı nümayiş olunan xəritələrə baxarkən tarixi adlarımızın dəyişdirilmiş formada göstərilməsi ilə bağlı bir daha iradını bildirərək dərhal düzəldilməsini tapşırdı: "Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın. İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər”.


Tarix səhifələrindən məkrli niyyətlərin sildiyi həqiqətlər...


Prezident İlham Əliyevin muzeylərin açılışı zamanı tariximizi əks etdirən maddi mədəniyyət nümunələri ilə yaxından tanışlığı, onları dərindən təhlil etməsi, çatışmazlıqlarla bağlı iradları göstərir ki, bu sahə dövlət siyasətində prioritet istiqamətlərdəndir. Qədim tariximizin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında muzeylərin mühüm əhəmiyyəti var.

Dövlət başçısının Tovuz, Tərtər rayonlarında muzeylərlə tanışlığı zamanı etdiyi məlum iradlar əslində hər bir vətəndaşa açıq çağırışdır. Xalqımızın min illərin o tayından adlayıb gələn tarixi kökləri qorunmalı və həqiqətlər olduğu kimi gələcək nəsillərə ötürülməlidir. Tarix səhifələrindən məkrli niyyətlərin sildiyi həqiqətlər olduğu kimi yenidən bərpa olunmalıdır.

Və müvafiq dövlət qurumları da Prezidentin irad və tapşırıqlarından ciddi nəticə çıxararaq gələcəkdə bu kimi tarixi yanlışlıqlara bir daha yol verməməlidirlər.

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM