Alternative content

14:47 11 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
01:45 11.07.2020 Qlobal liderlik missiyası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müxalifət dövlətin və xalqın mənafeyi məsələlərində hakimiyyətlə eyni mövqe nümayiş etdirməlidir
Müxalifət dövlətin və xalqın mənafeyi məsələlərində hakimiyyətlə eyni mövqe nümayiş etdirməlidir
ANA SƏHİFƏ / SİYASƏT
02:21 05.06.2020


Qüdrət HƏSƏNQULİYEV: "Yeni siyasi dialoq ölkəmizdə sabitliyin dayanıqlılığına, siyasi sistemin təkmilləşdirilməsinə xidmət edən ciddi faktordur”


Azərbaycan inkişafının yeni dövrünə qədəm qoyub. Bu dövrün ən mühüm hadisələrindən biri sosial-iqtisadi sahədə islahatların dərinləşdirilməsi ilə yanaşı, siyasi sferada, idarəçilikdə, hakimiyyət qollarında da yeniləşmənin həyata keçirilməsidir. Hakimiyyətlə müxalifət arasında siyasi dialoqun qurulması, müxalifət partiyalarının ölkənin siyasi-ictimai həyatında iştirakının, təşəbbüskarlığının və proseslərə reaksiyasının yüksəldilməsi də bu dövrün yeni siyasi reallığıdır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevlə müsahibəmiz də bu mövzudadır.

- Son vaxtların əsas siyasi müzakirə mövzularından biri Azərbaycanda siyasi sistemdə yeni konfiqurasiyanın formalaşmasıdır. Prezident İlham Əliyevin apardığı siyasi islahatların tərkib hissəsi olan bu proses artıq ilkin nəticələrini verir. Bu yeni düzənin əsas özəllikləri, sizin fikrinizcə, nədən ibarətdir və gözləntiləriniz nədir?

- Gözləntilərimiz çox böyükdür və hesab edirəm ki, doğrudan da, cəmiyyətimizdə, Prezident İlham Əliyevin özünün də bəyan etdiyi kimi, siyasi islahatların aparılmasına ehtiyac var idi. İlk olaraq onu qeyd edim ki, siyasi partiyaların rolu artırılmalıdır. Ona görə ki, bizim siyasi sistemdə çoxpartiyalılığı inkişaf etdirmədən cəmiyyətin qarşısında dayanan problemləri yetərincə həll edə bilmərik. Məhz bütün bunları nəzərə alaraq cənab İlham Əliyev Milli Məclisdə təmsil olunan digər siyasi partiyaların da parlamentin idarə olunmasında iştirakının təmin edilməsi təşəbbüsü ilə çıxış etdi. Müxalifət partiyasını təmsil edən Fəzail İbrahimli parlament sədrinin müavini seçildi. Digər partiyaların təmsilçiləri arasından isə komitə sədrinin müavinləri seçilənlər oldu.

Eyni zamanda Azərbaycan Prezidentinin Administrasiyasında siyasi partiyalarla iş üzrə ayrıca şöbə yaradıldı. Şöbə qısa müddətdə siyasi partiyalarla işgüzar münasibətlər qurub, o cümlədən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə. Bu barədə mənim digər partiya rəhbərləri ilə söhbətim olub. Onlar da bizimlə eyni fikirdədirlər ki, bu yeni siyasi dialoq, əməkdaşlıq ölkəmizdə siyasi sabitliyin dayanıqlılığına, siyasi sistemin təkmilləşdirilməsinə xidmət edən ciddi faktordur. Xaricdən idarə olunanlar istisna olmaqla, bütün siyasi partiyalar bu prosesə qoşulublar. Düzdür, karantin səbəbilə son vaxtlarda bu istiqamətdə görüşlər keçirmək mümkün olmadı, amma ümid edirəm ki, pandemiya aradan qalxdıqdan, karantin rejimi bitdikdən sonra yəqin ki, siyasi dialoq davam etdiriləcək.

- Yeniləşən siyasi sistemdə müxalifətin iştirakı, rolu, funksiyası, fəaliyyəti necə olmalıdır? Müxalifət partiyalarının fəaliyyətində təkmilləşməyə, sizcə, ehtiyac varmı?

- Əlbəttə var. Hesab edirəm ki, artıq parlamentdə təmsil olunan partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi onların öz fəaliyyətlərini daha da gücləndirmələrinə və təkmilləşdirmələrinə çox böyük töhfədir. Dövlətimiz siyasi partiyaların maliyyələşdirilməsində iştirak edir və bu, partiyaların öz fəaliyyətlərini həyata keçirmələri, ofis və digər təşkilati, texniki məsələlərini yoluna qoya bilmələri üçün vacibdir.

Üstəlik iqtidarla siyasi partiyalar arasındakı dialoq və yeni konstruktiv siyasi-işgüzar əməkdaşlıq tellərinin formalaşması onu şərtləndirir ki, siyasi partiyalar öz fəaliyyətlərini daha da təkmilləşdirsinlər, ölkənin siyasi-ictimai həyatında yaxından iştirak etsinlər.

Dövlətin siyasəti ilə iqtidarın siyasəti bir-birindən ayrı məsələlərdir. Dövlət siyasətinin həyata keçirilməsində, yəni ümummilli məsələlərdə müxalifət partiyaları hakimiyyətlə, hakim partiya ilə eyni mövqe ortaya qoymalıdır. Tutaq ki, ümummilli problemimiz olan Dağlıq Qarabağ məsələsində, yaxud siyasi, sosial-iqtisadi islahatların həyata keçirilməsində. Bu cür proseslərə bütün siyasi partiyalar öz funksiyalarından çıxış edərək dəstək verməlidirlər. Eyni zamanda partiyalar hansısa bir məsələni məqsədyönlü şəkildə şişirdib ölkədə sabitliyi pozmağa yox, əksinə, pozulmasının qarşısının alınmasına səy göstərməlidirlər. Yoxsa məqam düşüb deyə hakimiyyətə gəlmək üçün sabitliyi pozmaq mövqeyi sərgiləməməlidir.

Müxalifətin borcudur ki, ümumən iqtidar partiyasının üzərində bir ictimai nəzarət funksiyasını həyata keçirsin, nöqsanları, problemləri göstərsin, onun həlli yolları ilə bağlı öz proqramını açıqlasın. Bütövlükdə siyasi partiyaların özündə də dəyişikliklərin baş verməsi, gənclərin siyasətə cəlb edilməsi istiqamətində iş getməlidir. Onlar öz fəaliyyətlərində konstruktiv və milli maraqlara uyğun mövqe nümayiş etdirməlidirlər. Bizim yanaşmamız məhz bundan ibarətdir.

- Özünü sağlam siyasi proseslərdən təcrid edən, marginallaşan radikal müxalif partiyalar barədə mülahizələriniz nədən ibarətdir?

- 1993-cü ildə mənim də təmsil olunduğum Azərbaycan Xalq Cəbhəsi hakimiyyətdən getdikdən sonra həmin iqtidarın iflasına səbəb olmuş, amma demokratik dəyərləri gözdən salmış insanlar bu gün də siyasətdədirlər. Baltikyanı ölkələrə, Ukraynaya, Gürcüstana, Moldovaya baxsaq, görərik ki, bir vaxtlar xalq hərəkatının önündə olmuş insanların heç biri bu gün siyasətdə deyil. Siyasətə tamamilə yeni nəsil gəlib və əvvəlki siyasətçilər də bildirirlər ki, öz missiyalarını nə bacarıblarsa, yerinə yetiriblər və çəkiliblər kənara. Amma bizdə o dövrdə AXC-nin siyasətini müəyyənləşdirən dövlət katibi, baş nazir, parlamentin sədri olmuş şəxslər siyasətdən çəkilmədilər. Bu, onların birinci yanlışlığıdır.

İkinci yanlışlıq ondan ibarətdir ki, onlar yeniləşə, öz fəaliyyətlərini sağlam müxalifətçilik prinsipləri üzərində qura da bilmədilər. Biri var ki, siyasətdən çəkilmirsən, amma heç olmasa buraxılmış səhvlərdən nəticə çıxarırsan. Sivil mübarizə yolu seçirsən, öz işini müasir dövrün tələbləri çərçivəsində qurursan, dövlətin milli maraqlarını rəhbər tutursan, siyasi fəaliyyətində xalqın mövcud obyektiv sosial inkişaf səviyyəsini nəzərə alırsan. Amma həmin insanlar bunları bacara bilmədilər. Onlar siyasətdə ilişib qalmaqla mühiti də zəhərləyirlər. Bütün bunların başında isə Əli Kərimli, Cəmil Həsənli, onların təmsil olunduqları AXCP, Milli Şura adlandırdıqları qurum durur. Bu insanlar yenidən "demokratik” şüarlar altında hakimiyyətə qayıtmaq istəyirlər və bunun üçün xaricdəki ermənipərəst qüvvələrlə, Azərbaycanda maraqları bəlli olan xarici dövlətlərlə əməkdaşlıqdan çəkinmirlər. Xatırlayırsızsa, Rüstəm İbrahimbəyovun "Ziyalılar ittifaqı” vardı. Sonrakı dövrdə gördük ki, bu insanlar xarici dövlətlərə bağlı siyasi qüvvələrlə bir araya gəlmişdilər.

İndi də sözügedən düşərgə xaricdən tapşırıq əsasında öz fəaliyyətini həyata keçirir. Onlar hakimiyyətin dialoq təşəbbüsünə cavab vermədilər. Sözsüz ki, xarici dairələrin tapşırığı ilə bu prosesə qoşulmadılar. Ona görə ki, Azərbaycan hakimiyyəti ilə münasibətlərin normal məcraya salınmasında maraqlı deyillər. Böyük xarici dövlətlər digər dövlətə təsir göstərmək üçün onun daxilində hansısa qüvvələri ələ alır və onların vasitəsilə təzyiq planlarını həyata keçirmək istəyirlər. Amma hesab edirəm ki, iqtidarla əməkdaşlığın genişlənəcəyi təqdirdə həmin qüvvələr sözün həqiqi mənasında tarixin zibilliyinə atılacaq.

- Müxalifət partiyasının rəhbəri kimi Milli Məclisdə təmsil olunursunuz. Bu gün müxalifətin parlamentdə iştirakı, ona qanunverici orqanda yaradılan şərait barədə nə deyə bilərsiniz?

- Hazırda mən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müaviniyəm. Komitənin sədri həm də Milli Məclis Sədrinin birinci müavinidir. Komitədə çox sağlam və işgüzar mühit var. Hər bir deputatın, o cümlədən müxalifət təmsilçilərinin qanunvericilik təşəbbüsünə xüsusi diqqətlə yanaşılır. Komitə əvvəlki dövrlərlə müqayisədə çox aktiv formada fəaliyyətini həyata keçirir.

Onu da qeyd edim ki, əvvəlki dövrdə plenar iclasda ayda bir, maksimum iki dəfə cari məsələlərə vaxt ayrılırdısa, indi hər iclasda deputatlara bu imkan yaradılır. Gündəlikdə az məsələ olduqda, yaxud üçüncü oxunuşda müzakirə edildikdə cari məsələlərə daha çox vaxt ayrılır. Sonuncu iclasda mən buna görə Milli Məclisin Sədrinə öz minnətdarlığımı ifadə edərək bildirdim ki, deputatlara öz seçicilərinin problemlərindən danışmağa imkan yaradılır. Əgər insanlar görsə ki, onları narahat edən məsələlər parlamentdə müzakirə olunur, o zaman xalqla parlament arasında etimad mühiti daha da güclənər, eyni zamanda nümayəndəli orqan kimi dövlət idarəetmə sistemində parlamentin nüfuzu daha da yüksələr. Təbii ki, bundan dövlət də faydalanar, hakimiyyət də.

Açıq demək lazımdır: əgər seçici görürsə ki, seçdiyi deputat onun problemini parlamentdə qaldıra bilmir və problemi radikal müxalif qüvvələr tərəfindən səsləndirilir, həmin seçici istər-istəməz o auditoriyaya üz tutacaq. Həmin seçici onun problemindən danışanlara qulaq asacaq. Bilirsiniz, görülən işləri də qiymətləndirmək lazımdır, insanlar onsuz da bütün müsbət məqamları görürlər. İnsanlar bundan məmnundurlar, onları narahat edən yalnız ortaya çıxan çatışmazlıqlardır, nöqsanlardır. Əgər deputat bu nöqsandan danışmayacaqsa, yalnız görülən işlərdən söz açacaqsa, sözsüz ki, həm deputatın nüfuzu xalq arasında yüksək olmayacaq, həm də seçicilər başqa ünvana üz tutacaqlar. Ona görə mən iclasda təklif etdim ki, əgər mümkündürsə, parlament televiziyası da yaradılsın, iclaslar yayımlansın. Bir çox ölkələrdə bu belədir, o cümlədən bizə yaxın olan Türkiyə və Gürcüstanda. Bu baxımdan insanlar həm də problemlərinin parlamentdə qaldırıldığını görməlidirlər.

Bütövlükdə Azərbaycan parlamentində artıq bu imkan yaradılıb ki, deputatlar iclaslarda öz sözlərini desinlər. Bütün bunlar ölkənin siyasi həyatının müsbət məqamlarıdır və mən də təqdir edərək dərhal özümün müsbət münasibətimi diqqətə çatdırdım.

Son vaxtlar parlamentin Aparatında da islahatlar aparılır, müəyyən ixtisarlar olunur. Düşünürəm ki, bu iş ölkə miqyasında davam etdirilməlidir. Çünki bizdə dövlət aparatı həddindən artıq şişirdilib. İnkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda adambaşına düşən dövlət məmurunun sayı xeyli çoxdur. Məmurların sayını azaltmaq və qənaət olunan vəsaiti digər məmurların əməkhaqqına əlavə etmək lazımdır. İmkan yaratmaq lazımdır ki, dövlət qulluğunda olan bir qisim bacarıqlı insanlar gedib özlərinə biznes qursunlar, özəl sektorda çalışsınlar. Ona görə dövlət idarəetməsində də ixtisarlar aparılmalıdır və bu məsələdə Milli Məclis bir nümunədir. Digər dövlət orqanları da bundan nümunə götürməlidirlər.

Milli Məclisin açılış iclasında Prezident İlham Əliyev söylədi ki, parlament idarəetməsində siyasi partiyaların rolu artırılmalıdır. Mən belə bir təşəbbüslə çıxış etmişəm ki, Milli Məclisin Sədri parlamentdə təmsil olunan partiya sədrləri ilə mütəmadi olaraq görüş keçirsin. Çünki parlamentin işi ilə bağlı Milli Məclis Sədrinin yanında keçirilən görüşdə yalnız müavinlər və komitə sədrləri iştirak edirlər. Kim müraciət edirsə, parlament Sədri onu qəbul edir, bu başqa məsələdir. Parlamentin işinin qurulması ilə əlaqədar olaraq siyasi partiyaların fikrinin öyrənilməsinə də çox böyük ehtiyac var. Bu istiqamətdə qərarın qəbul edilməsi doğru olardı.

- Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?

- Əlbəttə, korrupsiyaya qarşı aparılan mübarizəni bütün xalqımız alqışlayır və dəstəkləyir. Bəzi məmurlar sözün həqiqi mənasında onlara göstərilən etimaddan və həvalə olunan vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər. Heydər Əliyev Fondunun aztəminatlı insanlar üçün göndərdiyi yardıma göz dikmək vicdansızlığın son həddidir. Rayon icra hakimiyyəti başçısının bu yardımı mənimsəməsinə isə söz tapmaq olmur. Belə insanlar öz əməlləri ilə artıq qırmızı xətti də keçiblər. Görün nə qədər mənəvi aşınmaya məruz qalıblar ki, aztəminatlı və işsiz vətəndaşın sosial rifahı onları zərrə qədər narahat etməyib. Prezidentin təşəbbüsü ilə yaradılan ictimai iş yerləri üçün ayrılan əməkhaqlarını mənimsəyənlərə qanunun ən sərt üzünü göstərmək lazımdır. Ümid edirəm ki, tutulan şəxslər layiqli cəzalarını alacaqlar və digərləri də bundan nəticə çıxaracaqlar. Bütün bunlardan nəticə çıxarmayanların da ifşası davam etdirilməlidir.

Amma yalnız hüquq mühafizə orqanlarının peşəkarlığı, onların öz vəzifələrini vicdanla yerinə yetirməsi ilə bu problemi həll etmək mümkün deyil. Bu problemi doğuran səbəb və şərait aradan qaldırılmalıdır, məhkəmə hakimiyyətinin gücləndirilməsi istiqamətində qərarlar qəbul olunmalıdır. Biz gördük ki, Biləsuvarda nə qədər insanın torpağı məhz məhkəmənin qəbul etdiyi ədalətsiz qətnamələrlə əllərindən alınıb. Ona görə də məhkəmə sistemində də islahatların aparılmasına böyük ehtiyac var. Paralel olaraq dövlət idarəetməsi də təkmilləşdirilməlidir. Rayonlarda icra başçılarının çox böyük səlahiyyətləri var. Onların üzərində Prezident nəzarətindən başqa heç bir nəzarət yoxdur.

- Prezident İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi islahatlar konsepsiyası son dövrlərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Müxalifət partiyasının lideri kimi bu islahatlara münasibətiniz necədir?

- Bu gün iqtisadiyyatımız hələ ki, əsasən neftə bağlıdır. Azərbaycanda neft sənayesi inkişaf edib. İri neft şirkətləri ilə müqavilələr bağlanılıb. Ölkəyə yatırılan xarici sərmayə daha çox enerji sektorunu əhatə edir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün son illər əsaslı addımlar atılır. Amma düşünürəm ki, bunlar yetərli deyil və iqtisadi islahatlar daha da dərinləşdirilməlidir ki, azərbaycanlılarla yanaşı, xarici investorlar da qeyri-neft sektoruna sərmayə yatıra bilsinlər.

Qeyri-neft sektoruna sərmayənin yatırılması üçün gərək əlverişli vergi siyasəti həyata keçirilsin ki, xarici öz ölkəsindən gəlib burada işini qursun. Həm də həmin sərmayənin toxunulmazlığına məhkəmələr təminat verməlidirlər. Yəni investor əmin olmalıdır ki, səhərisi dövlət orqanları ilə hansısa bir mübahisəsi yaransa, hüquqlarını məhkəmədə qoruya biləcək. Bunları təmin etsək, xarici investorları daha geniş şəkildə Azərbaycana cəlb edə bilərik.

Müsahibəni yazdı:

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM