05 Iyun 2020 02:13
491
CƏMİYYƏT
A- A+

Məsələyə növbəti illərin dövlət investisiya proqramları çərçivəsində baxıla bilər


Bərdə rayonunun Alaçadırlı kəndində məktəb binasının olmaması, buna görə valideynlərin və azyaşlı uşaqların üzləşdiyi problemin aradan qaldırılması ilə əlaqədar sakinlər adından redaksiyamıza daxil olmuş məktub araşdırılıb tədbir görülmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.

Nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundovun imzası ilə aldığımız cavab məktubunda deyilir: "Hörmətli redaksiya, Bərdə rayonu, Alaçadırlı kəndində məktəb binasının olmaması və buna görə sakinlərin kənddə məktəb tikilməsinə dair müraciətləri aidiyyəti üzrə nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin mütəxəssisləri tərəfindən araşdırılmışdır. Bildiririk ki, 2020-ci ilin Dövlət İnvestisiya Proqramının obyektlər üzrə yekun bölgüsü layihəsi hazırlanıb və respublika İqtisadiyyat Nazirliyinə təqdim olunub. Odur ki, sözügedən müraciətdə qaldırılan məsələyə növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində baxıla bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video