03 Iyun 2020 19:23
578
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyi 2785 obyektdə monitorinq aparıb


Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 2-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda "Hacının təndiri” ictimai iaşə obyektində, "Yek market”də, Binəqədi rayonunda "Ordubad quru meyvələri”, "Özbəkistan quru meyvələri” mağazalarında, Sabunçu rayonunda "Dokta Aptek”də, Xəzər rayonunda "Al Market"də, Rafiq Şükürova məxsus mağazada, Xətai rayonunda "Təndir və kabablar” ictimai iaşə obyektində, "Kashmir”, "Nərmin Parfume” və "Senil Butik” mağazalarında, "Çay evi”ndə, Yasamal rayonunda "Qoç Ət” ictimai iaşə obyektində, "Bijuteriya” mağazasında, Şəkidə Cumay Məmmədov, Ramil İsmiyev, Yusif Qaffarov, Qara İdrisov, İlham Sədiyev, Rüstəm Hüseynova məxsus avtomobil ehtiyat hissələri mağazalarında, "Ucuzluq mağazası”nda, "Bazar Store”da, "Fontan kafesi”ndə, İsmayıllı rayonunda "Zeytun Aptek”də, "Araz Market”də, "Uğur Uşaq Geyimləri” mağazasında, Şabran rayonunda "Qayalı market"də, "Centron Home", "Emtu", "Optimal" mağazalarında, "Qala" restoranında, Cəlilabad rayonunda "Furqan market”də, "Vahid” və "Furqan Electronics” mağazalarında, Pərviz Həsənova məxsus bərbərxanada, Bərdə rayonunda "Əli inşaat” və "Texno Mart” mağazalarında, "Mak studio” və "Xatun studio” xidmət obyektlərində, Tərtər rayonunda "Zülfüqaroğlu" MMC-yə məxsus "Ticarət Mərkəzi”ndə, həmçinin "Soliton” mağazasında, "Çay evi”ndə və sair ticarət və xidmət obyektlərində ümumilikdə gün ərzində monitorinq aparılan 400 obyektin 208-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Mayın 22-dən iyunun 2-dək 2785 sahibkarlıq subyektində monitorinq keçirilib və 1349 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Monitorinqlər davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video