03 Iyun 2020 19:13
1463
İDMAN
A- A+

Atletika üzrə Azərbaycan millisi məşqləri bərpa edib


İyunun 3-də atletika üzrə Azərbaycan milli komandasının açıq havada məşq keçirilib.

AZƏRTAC xəbər verir ki, məşqlərə milli komandanın baş məşqçisi Bəhruz Salehli, tullanmalar üzrə məşqçi Ziyad Xəlfəyev və qaçış üzrə məşqçi Ceyhun Hüseynovun rəhbərlik edib.

Avropa çempionu Nazim Babayev məşq prosesindən danışaraq deyib: "Karantin dövründə dəniz kənarında və insanların olmadıqları yerlərdə məşq edirdim. Artıq komandamızın məşqləri başlayıb. Üç gündür Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edirik. Özümü qarşıdakı yarışlara hazırlayıram. Növbəti aylardan sərhədlər açılsa, beynəlxalq yarışlara qatılacağıq”.

"Tokio-2020” Yay Olimpiya Oyunlarının təxirə salınmasından heç bir məyusluq hissi keçirmədiyini vurğulayan çempion bildirib: "Fevralda Olimpiadaya lisenziya qazandım və düşünürdüm ki, altı aydan sonra yarışda iştirak edəcəyəm. Lakin Olimpiya Oyunlarının koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmasına görə bir ildən artıq müddətdə yarışa hazırlaşacağam. İnanıram ki, "Tokio-2020” Olimpiya Oyunlarınadək öz üzərimdə işləyəcəyəm və bütün çatışmazlıqları aradan qaldıracağam”.

Avropa çempionunun məşqçisi Ziyad Xəlfəyev isə qeyd edib ki, stadiona idmançılar gəldikləri zaman tibbi maskadan istifadə edirlər və məşqlər zamanı sosial məsafənin saxlanılması barədə tələblərə riayət olunur. Avqustun 20-də Macarıstanda keçiriləcək yarışa dəvət aldıqlarını vurğulayan mütəxəssis həmin yarışda N.Babayevin uğur qazanacağına ümidvar olduğunu deyib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-dən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video