03 Iyun 2020 16:42
859
İQTİSADİYYAT
A- A+

Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur


Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur.

"Azərpoçt" MMC-dən AZƏRTAC-a bildirilib ki, poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) öz saytında 2020-ci il üçün "EUROPA” mövzusunda hazırlanmış poçt markalarının dizaynı üçün səsvermə təşkil edib. Səsvermə bu il mayın 9-dan sentyabrın 9-dək keçirilir.

Qeyd edək ki, "EUROPA” markalarının builki mövzusu "Qədim poçt marşrutları”dır ("Ancient Postal Routers”).

"Azərmarka” MMC tərəfindən hazırlanmış markalar 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən yaradılmış qasid xidmətinə həsr olunub. Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin üzərində Şah İsmayıl Xətainin illüstrasiyası olan poçt markası beynəlxalq müsabiqədə iştirak edir. Ənənəvi müsabiqə Avropanın beynəlxalq dövlət poçt operatorları assosiasiyası olan "PostEurop”un internet səhifəsində keçirilir. Müsabiqənin mövzusunu "PostEurop”un marka və filatelistlər üzrə işçi qrupu müəyyən edir. Mayın 9-dan sentyabrın 9-na qədər keçirilən müsabiqədə, sadəcə, identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan "PostEurop”un üzv ölkələrinin milli poçt operatorları iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video