Alternative content

16:09 11 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
01:45 11.07.2020 Qlobal liderlik missiyası
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaşamın keşiyində: ayıq və sayıq
Yaşamın keşiyində: ayıq və sayıq
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:53 03.06.2020


Azərbaycan polisi çevikliyi, fədakarlığı ilə pandemiyaya qarşı mübarizəyə mühüm töhfə verir


Aylardır aparılan mübarizəyə baxmayaraq, dünya hələ də yeni növ koronavirus (COVID-19) təhlükəsindən sovuşmayıb. Hər gün ölkələr üzrə virusa yoluxma və onun aldığı canların sürətlə çoxalma statistikası vahiməli bir şəkildə artır.

Dünya böhranda, bəşəriyyət qorxu içərisindədir. İnsanların sağlığı təhlükədə, gələcəyi sual altındadır. Gözəgörünməz "taclı” bəlanın tibbi çarəsi isə hələ də tapılmayıb və elm aləmi gecə-gündüz qurtuluş peyvəndi üzərində "baş sındırır”...

Azərbaycanda infeksiyanın yayıldığı ilk zamanlardan etibarən ona qarşı effektiv mübarizəyə başlanıldı. COVID-19-un ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyevin tapşırığına əsasən, hələ yanvar ayından etibarən zəruri qabaqlayıcı tədbirlər görülməyə başlandı. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradıldı.

Azərbaycan dövlətinin koronavirus infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirməsi nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələmişdir.

COVID-19-a qarşı görülən bütün bu qabaqlayıcı tədbirlər sayəsində Azərbaycanda karantin rejimində bir çox sahələrdə yumşalmalar həyata keçirildi.

Hazırda əksər iş yerlərinin fəaliyyətə başlaması, insanlarımızın normal həyat şəraitlərinə geri dönməsi dövlətimizin və hər bir vətəndaşının bu həssas günlərdə bir-birinə dayaq-dəstək durması, bu çətin günlərdə koronavirusla üzbəüz döyüşə atılanların, ondan qorxmayanların qalibiyyəti sayəsində əldə edildi.

Tibb işçilərimiz, həkimlərimiz yoluxan şəxslərin sağalması, yenidən həyata qaytarılması uğrunda öz həyatlarını təhlükəyə ataraq sözün əsl mənasında ölüm-dirim savaşına çıxıblar və bu zalım virusun canlar almasına mane olurlar. Fədakar tibb işçilərimiz sayəsində

COVİD-19-a yoluxaraq müalicə alan yüzlərlə ümidsiz xəstələrimiz sağaldılaraq həyata, öz doğmalarının yanına qaytarılır...


Bizi özümüzdən qorumağa çalışdılar


Hələ sərt karantin dönəmlərindən bu gözəgörünməz bəlaya yoluxma təhlükəsi olan sağlam vətəndaşlarımızın keşiyində isə Azərbaycan polisi dayanmışdı...

Biz sağlam olaq, koronavirusa yoluxmamaq üçün evdə qalaq deyə, onlar öz canlarını təhlükəyə ataraq küçələrə çıxdılar. Gecə-gündüz yollarda, postlarda, parklarda, bir sözlə, insan yaşamı olan hər bir yerdə qoruyucumuza çevrildilər.

Sosial məsafə, karantin qaydalarına əməl etməyimizi təmin etdilər. Yaşlı, tənha, kimsəsiz insanların köməyinə tələsdilər, sovqat apardılar, bu çətin günlərdə onlara mənəvi dayaq durdular, ümid qonağı oldular.

Bəzən bizi özümüzdən qorumağa çalışdılar. Məsuliyyətsiz davranaraq, sosial izolyasiyaya riayət etməyib ziyafət təşkil edəndə, müxtəlif yollarla karantin postlarından keçmək istəyəndə, qanunsuz kafe-çayxana işlədəndə və digər bu kimi minlərlə qayda pozuntuları edəndə bunun önünə keçdilər və elə bu sayədə ölkəmizdə kütləvi yoluxmaların qarşısını aldılar. Hər an, hər dəqiqə təhlükənin fərqində oldular, onun şaxələnməsinə aman vermədilər...


İndi polisimizin üzərinə böyük yük, yüksək məsuliyyət düşür


Azərbaycan polisinin karantin günlərində göstərdiyi fəaliyyətə Prezident İlham Əliyev də öz çıxışında qiymət vermişdi: "Hesab edirəm ki, bizim hələlik tam razı ola bilmədiyimiz yeganə məsələ məsuliyyətdir. Çünki bəzi insanlar özlərini məsuliyyətsiz aparırlar. Bəzi insanlar qəbul edilmiş qaydaları pozmağa çalışırlar. Beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, tanımadığı insanları risk altına qoyurlar. Bunu etmək olmaz. Bu qadağalar ona görə qəbul edilib ki, yoluxma halları məhdudlaşdırılsın. Yaşı 65-dən yuxarı olan insanlar küçəyə çıxa bilməzlər. Bunu onlar başa düşməlidirlər. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal. Biz nə etməliyik?! Qaydaların pozulmasına imkan verə bilmərik. Biri deyir ki, mənə heç nə olmaz, biri deyir ki, mən qorxmuram. Söhbət ondan getmir ki, sənə heç nə olmaz, yoxsa olar. Birincisi, sənə bir şey olarsa, gərək ən azı 10 həkim sənə qulluq etsin, 10 həkim öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına atsın bir məsuliyyətsiz adama görə. Bu, tamamilə qəbuledilməz bir fikirdir ki, "mən qorxmuram, mənə bir şey olmaz”. Hesab edirəm ki, belə adamlar məsuliyyətə cəlb edilməlidir. Biz maksimum çalışırıq ki, bu vəziyyətdə insanların narahatlığını anlayaq və kömək göstərək. Hər kəs üçün çətindir. Aydın məsələdir ki, evdə oturmaq çətindir. Xüsusilə nəzərə alsaq ki, son illər ərzində Bakı şəhərində, bütün digər yerlərdə, rayonlarda gözəl parklar, istirahət zonaları salınıbdır, hava da yaxşıdır. Ancaq hər bir adam məsuliyyətli olmalıdır. Olmaz belə. Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə! Həmçinin 10-dan çox insan bir yerə toplaşmamalıdır. Bunu da pozurlar. Ona görə də bu tədbirlər daha da sərtləşdiriləcək.

İndi görün Avropanın inkişaf etmiş ölkələrində nələr baş verir. Orada 2 nəfərdən çox adam bir yerə yığışa bilməz, 2 nəfərdən çox. Əgər polis işçiləri onu görürlərsə, dərhal ölçü götürürlər. Heç yalvar-yapış etmirlər, ölçü götürürlər. Ona görə bizdə hər bir kəsdə məsuliyyət hissi olmalıdır. Məsuliyyət hissi də bu gün sərgilədiyimiz həmrəylik və birlik hisslərinin səviyyəsinə qalxmalıdır”.


Yoluxma təhlükəsinin qarşısını almaq yalnız polisin üzərinə düşən vəzifə deyil...


Həqiqətdir ki, Azərbaycanda koronavirusla bağlı müşahidə edilən müsbət nəticələrdə, karantin rejiminin qısa zaman kəsimində yumşalmaya keçməsində polislərimizin də zəhmət payı var...

Amma karantin rejimi tam ləğv edilməyib və təəssüf ki, yumşaldılmalardan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlamış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmamışdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətindən birbaşa asılıdır. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Amma nə yazıq ki, hələlik qoyulan qaydalara tam əməl edilmədiyinin şahidi oluruq.

Əfsus ki, bir çox hallarda sosial məsafə saxlamağı da, maskasız gəzməyin təhlükəli olduğunu da polislərin xatırlatmasından eşidirik...

Bəli, təhlükələrdən qorunmağımız, məsuliyyətsiz davranışlarımızın qarşısını kəsmək üçün Azərbaycan polisi səfərbər olub. Metrolarda, keçidlərdə, postlarda, küçələrdə, parklarda, ticarət mərkəzlərində, demək olar ki, hər yerdə xəstəliyə qarşı sipərimizə, təhlükəni görən gözlərimizə çevriliblər.

Baxmayaraq ki, koronavirusa yoluxma təhlükəsi yaradan bütün halların qarşısını almaq yalnız polisin üzərinə düşən vəzifə deyil...


Bir-birimiz üçün yaşayaq, bir-birimizi yaşadaq...


Həm də polisin xüsusi iş forması onu koronavirus təhlükəsindən sığortalamır. Onlar da hər birimiz kimi bu infeksiyaya yoluxa, daşıyıcıya çevrilə, əzizlərinə, ailələrinə bu təhlükənin ayaq açmasına səbəb olarlar. Kimisinin ata-anası, kimisinin bacı-qardaşı, kimisinin də övladları ürəklərində narahatlıqla onların yolunu gözləyir...

Məhz onların da fədakar əməyi nəticəsində, dünyanın pandemiyanın birinci dalğasını atlatmaqda aciz olduğu bir dövrdə Azərbaycan təhlükəni ram etməyi bacarıb. Bu bəladan birdəfəlik qurtulmaq, ona qalib gəlmək isə, dövlətimiz, tibb işçilərimiz, polislərimiz və digər virusla ön cəbhədə mübarizə aparanlarla yanaşı, hər birimizin fərdi məsuliyyətindən asılıdır...

Karantinin tələblərinə, sosial məsafə qaydalarına əməl edək, ictimai yerlərdə mütləq maska taxaq, lüzum olmadığı halda küçələrə çıxmayaq, ictimai nəqliyyatdan istifadə etməyək. Özümüzü, doğmalarımızı, yaşlılarımızı, tibb işçilərimizi, həkimlərimizi, polislərimizi, vətəndaşlarımızı, ümumilikdə xalqımızı qoruyaq...

Zamanın tələbi olan bu müqəddəs missiyanı yerinə yetirək, bir-birimiz üçün yaşayaq, bir-birimizi yaşadaq...

Birlikdə güclü olaq, birlikdə var olaq...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM