02 Iyun 2020 11:43
725
Mədəniyyət
A- A+

Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur


Amerika Birləşmiş Ştatlarının Florida ştatında 3-cü Cənub-Şərq Regional Film Festivalı keçirilib. Mayın son günündə ABŞ-ın Ceksonvil şəhərindən Azərbaycana sevindirici xəbər gəlib.

AZƏRTAC xəbər verir ki, münsiflər heyətinin qərarı ilə həmyerlimiz İsmayıl Məlikovun çəkdiyi "UP” ("Yüksəkdən”) adlı qısametrajlı film "Ən yaxşı eksperimental film və virtual reallıq” nominasiyası üzrə qalib elan olunub. İsmayıl Məlikov filmin rejissoru, prodüseri, eyni zamanda xüsusi effektlər üzrə rəssamıdır. Ekran əsərində Litvadan olan bəstəkar Martinas Launun razılığı ilə onun "Eterniy” (Sonsuzluq) kompozisiyasından istifadə olunub.

Altı dəqiqə yarımlıq filmin yaradılmasına İ.Məlikovu ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi - NASA-nın kitabxanasında toplanılıb və Yer kürəsinin real peyk görüntülərini əks etdirən materiallar ilhamlandırıb. Müasir rəqəmsal texnologiyalardan və yeni metodlardan istifadə etməklə gənc azərbaycanlı rejissor landşaft çəkilişləri üzərində eksperimentlər apararaq planetimizin kosmosdan bənzərsiz və cəzbedici mənzərələrini özünəməxsus tərzdə nümayiş etdirməyə müvəffəq olub.

On yeddi yaşlı İsmayılın "UP” filminin başqa uğurları da var. Belə ki, o, bu il İngiltərədə keçirilən "İlk filmim” Lift-Off FTF Sessions” müsabiqəsinin də finalçıları sırasında yer alıb. İ.Məlikov, eləcə də Ukraynada təşkil edilən Xarkiv Beynəlxalq İncəsənət və Səyahətlər Festivalının "şort-listinə” daxil edilib.

Hazırda İ.Məlikov xarici və yerli rəssamlarla birlikdə yeni layihələr üzərində işləməkdədir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birinci kurs tələbəsi olan İsmayıl uşaq yaşlarından rəqəmsal sənət və vizual effektlərə böyük maraq göstərir. Gənc kinematoqrafçının əsas məqsədlərindən biri insanları yaradıcı fəaliyyətə ruhlandırmaq, filmlərin çəkilişində qeyri-standart forma və modellərin axtarışına sövq etməkdən ibarətdir.

AZƏRTAC-ın müxbiri ilə söhbətində İsmayıl Məlikov ABŞ-da uğur qazanmış yeni filmi ilə bağlı deyib: "Mən film üzərində işə başlayanda bir növ özümü sınağa çəkmək qərarına gəldim. Təbiət görünüşü, mənzərələri üzərində eksperimentlərə başladım, qarşıma rəqəmsal texnologiyaların daha mürəkkəb səviyyədə inteqrasiyasını təmin etmək vəzifəsini qoydum. İstədim ki, adi görünən yerlərə qeyri-adi bir baxışla nəzər salım. "UP” ("Yüksəkdən”) filminin planetimizin müxtəlif yerlərində tamaşaçı sevgisi qazanması mənim üçün böyük şərəfdir”.

İ.Məlikovun qazandığı nailiyyət son illərdə ölkəmizin sərhədlərindən uzaqlarda yeni Azərbaycan kinosunun getdikcə daha artıq tanınması və şöhrətlənməsinin daha bir diqqətəlayiq göstəricisidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video