01 Iyun 2020 22:16
552
DÜNYA
A- A+

Ukrayna iyunun 15-dən bəzi ölkələrlə aviareysləri bərpa etməyi planlaşdırır

 
Ukrayna iyunun 15-dən etibarən beynəlxalq və daxili müntəzəm aviadaşımaları bərpa edəcək. Hazırda hökumət populyar turistik istiqamətlərə - Türkiyə, Yunanıstan, Kipr və Gürcüstana avareysləri bərpa etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Struktur naziri Vladislav Krikli "1+1” telekanalının efirində məlumat verib. Onun sözlərinə görə, aviauçuşlar iki şərtlə - birincisi, həmin ölkələrin Ukrayna üçün aviauçuşlara açıq olması, ikincisi, epidemioloji vəziyyət nəzərə alınaraq bərpa olunacaq.

Nazir qeyd edib ki, İtaliyada və İspaniyada epidemioloji vəziyyətin gərgin olması səbəbindən həmin ölkələrə aviareyslər bərpa edilməyəcək.

Krikli, həmçinin bildirib ki, hazırda Ukrayna hökuməti ölkəyə gələn turistlərin hava limanında koronavirus testindən keçmələri ilə bağlı qərar hazırlayır və bu qərara əsasən onlara qarşı 14 günlük özünütəcrid rejimi tətbiq olunmayacaq. Turistlər test analizi verdikdən üç-dörd saat sonra şəhərə çıxa biləcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video