Alternative content

15:08 14 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ABŞ-ın Dövlət katibi Mayk Pompeo: ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir
ABŞ-ın Dövlət katibi Mayk Pompeo: ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir
ANA SƏHİFƏ / SİYASƏT
21:31 28.05.2020

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş bəyanatda deyilir: "Təqribən 30 ildir ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında mühüm tərəfdaşlıq münasibətləri mövcuddur. Bakı ilə Vaşinqton təhlükəsizlik, energetika, iqtisadi inkişaf, habelə insan hüquqları sahələrində əməkdaşlıq edir”.

Dövlət katibinin bəyanatında Əfqanıstanda sülhyaratma əməliyyatları çərçivəsində iki ölkənin əməkdaşlığından, Cənub Qaz Dəhlizinin tikintisi və işə salınması vasitəsilə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə birgə fəaliyyətdən, habelə dünyanın bəzi ən kəskin problemlərinin həllində qarşılıqlı fəaliyyətdən danışılır.

Bəyanatda vurğulanır ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq, əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Sonda deyilir: "Mən əminəm ki, COVID-19 pandemiyasının bu il dünyada spesifik çətinliklər yaratmasına baxmayaraq, Azərbaycan xalqı bu təhdidi mətanətlə və qətiyyətlə qarşılayacaq. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir".





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM