Alternative content

12:57 14 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:50 14.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çin KİV-ləri 28 May - Respublika Günü haqqında məqalələr təqdim edib
Çin KİV-ləri 28 May - Respublika Günü haqqında məqalələr təqdim edib
ANA SƏHİFƏ / SİYASƏT
20:12 28.05.2020

Çinin nüfuzlu kütləvi informasiya vasitələrindən olan rəsmi "Jenmin Jibao" qəzetində, Çinin Dövlət Şurasının (Nazirlər Kabineti) İnformasiya İdarəsinin tabeliyində olan China.org.cn onlayn nəşri, "Çin" jurnalı və "Chinanews.com" nəşri Azərbaycanın 28 May - Respublika Günü haqqında geniş məqalələr yayıblar.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə hazırlanmış məqalələrdə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən söz açılıb. Qeyd olunub ki, mövcud olduğu qısa dövrdə müxtəlif sahələrdə böyük uğurlara nail olan Xalq Cümhuriyyəti etnik, dini, sinfi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları üçün bərabərhüquqlu, demokratik sistem yarada bilib. Təkcə müsəlman ölkələrində deyil, dünyada qadınlara seçki hüququnu ilk təmin edən ölkələrdən olan Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransında de-fakto tanınmışdı.

Məqalələrdə 1991-ci ildə müstəqilliyini bərpa edən və Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası qonşu Ermənistan ilə münaqişəyə cəlb olunub, nəticədə ərazisinin beşdəbiri işğal olunub. Azərbaycan həmin çətin dövrü ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində arxada qoyaraq, inkişaf yoluna qədəm qoya bilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan hazırda sürətlə inkişaf edən və beynəlxalq arenada mövqeyini davamlı gücləndirən dövlətə çevrilib.

Azərbaycan-Çin əlaqələrindən də söz açılan məqalələrdə bildirilib ki, tarixi İpək Yolu sayəsində xalqlarımız arasında sıx ticari və mədəni münasibətlər yaranıb. Müasir dövrdə iki ölkə arasında münasibətlər yüksək inkişaf dinamikasına malik olan, dostluq və qarşılıqlı etimada əsaslanan çoxşaxəli tərəfdaşlıq kimi xarakterizə olunur. Hələ 1994-cü ildə ulu öndər Heydər Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında ən yuxarı səviyyədə əsası qoyulan siyasi dialoq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ötən il Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirak edib.

Qeyd olunub ki, siyasi dialoq iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurlu inkişafına və münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına imkan yaradıb. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edən iki ölkənin bir çox beynəlxalq məsələlərdə mövqeləri üst-üstə düşür. Azərbaycan dialoq üzrə tərəfdaş statusu ilə Şanxay Əməkdaşlıq Təşkilatında fəal iştirak edir, bu platforma Azərbaycan ilə Çin arasında əməkdaşlıq üçün böyük imkanlar yaradıb.

Məqalələrdə ölkələrimizin iqtisadi-ticarət əlaqələrindən söz açılıb, ötən il ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 66,7 faiz çoxaldığı vurğulanıb. "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olan Azərbaycanın Çin ilə Avropa arasında tranzit yüklərin daşınması üçün iri nəqliyyat və infrastruktur layihələrini reallaşdırdığı diqqətə çatdırılıb.

Bundan başqa, yazılarda iki ölkənin humanitar-mədəni əlaqələrindən söz açılıb. Bu kontekstdə Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının faydalı əməkdaşlığı xalqlarımız arasında mədəni mübadilənin və dostluğun möhkəmlənməsində xüsusi rol oynayır.

Xüsusi qeyd olunan məqamlardan biri də iki ölkənin əməkdaşlığının pandemiya dövründə də davam etməsi və daha da möhkəmlənməsi olub. Sədr Si Cinpinin Respublika Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubundakı "Çin ilə Azərbaycan ənənəvi dost ölkələrdir və hər iki tərəf əsas maraqlarına aid məsələlərdə bir-birini qarşılıqlı olaraq qəti şəkildə dəstəkləyir. COVID-19 pandemiyasının başlanmasından bəri ölkələrimiz müvəqqəti çətinlikləri dəf etmək üçün ikitərəfli münasibətlərdə yüksək səviyyə nümayiş etdirərək, bir-birinə yardım və dəstək göstərirlər" sitatını qeyd edən Çin KİV-ləri yazır ki, dövlət başçıları arasında olan bu cür siyasi iradə və qarşılıqlı etimad postpandemiya dövründə Azərbaycan-Çin münasibətlərinin daha dinamik inkişaf edəcəyinə əminlik yaradır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM