28 May 2020 20:06
523
SİYASƏT
A- A+

Diaspor fəalının Ukrayna mətbuatında Ermənistanın işğalçılıq siyasətini ifşa edən məqaləsi dərc olunub


Ukraynanın nüfuzlu "obozrevatel.com” saytında Azərbaycanın diaspor fəalı Murad Cəfərovun 28 May - Respublika Günü ilə bağlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllif məqalədə Azərbaycan müstəqil dövlət kimi yarandığı dövrdən Ermənistanın torpaq iddiaları ilə rastlaşdığı barədə ətraflı məlumat verib.

"Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd olunur. 102 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Azərbaycan dövlətinin varlığının ilk günlərindən qonşu Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü. Yeni yaradılan Ermənistan dövlətinin paytaxtı üçün uyğun bir şəhəri yox idi və buna görə də o dövrdə əhalisinin xeyli hissəsi azərbaycanlılardan ibarət olan İrəvan şəhərini (indiki Yerevan) görmək istəyirdi. Azərbaycanın o zamankı hakimiyyəti səhvən bu şəhərin güzəşt edilməsinin iki xalq arasında barışığa kömək edəcəyini düşünürdü. Təəssüf ki, hadisələrin sonrakı gedişi bu ümidlərin uğursuz olduğunu göstərdi. İrəvanı paytaxt olaraq qəbul edən erməni şovinistləri Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağı tələb edərək daha geniş miqyaslı ərazi iddialarını irəli sürdülər”, - deyə müəllif əlavə edib.

Məqalədə, həmçinin Azərbaycanın işğal altında olan Şuşa şəhərində qondarma andiçmə mərasiminin keçirilməsi məsələsi sərt tənqid olunub.

"Ermənistanın işğalı altında olan Azərbaycanın Şuşa şəhərində işğal olunmuş ərazilərdə yaradılan kukla rejiminin rəhbərinin "andiçmə mərasimi" baş tutdu. Bu yolla Ermənistan bütün beynəlxalq birliyə meydan oxudu. Bundan əvvəl, Qarabağda qondarma "prezident seçkisi"nin birbaşa keçirilməsi zamanı bir çox beynəlxalq təşkilatlar və ölkələr, o cümlədən Ukrayna "səsvermənin nəticələrini" tanımadıqlarını, həmçinin bu ərazinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etdilər”.

M.Cəfərov məqalədə Ermənistanın işğalçı siyasətini ifşa edən bir sıra faktlar barədə ətraflı məlumat verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video