Alternative content

13:51 14 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniya mətbuatında 28 May - Respublika Günü ilə bağlı məqalə çap edilib
Almaniya mətbuatında 28 May - Respublika Günü ilə bağlı məqalə çap edilib
ANA SƏHİFƏ / SİYASƏT
20:00 28.05.2020


Almaniyanın nüfuzlu internet portalında Azərbaycanın müstəqilliyinin 102-ci ildönümünə həsr olunmuş məqalə dərc edilib.

AZƏRTACxəbər verir ki, Matias Dornfeldin (Mathias Dornfeld) müəllifliyi ilə "ostexperte.de” internet portalında dərc edilmiş "Azərbaycan müstəqilliyinin elan olunmasının 102-ci ildönümü ərəfəsində” bağlıqlı məqalədə (https://ostexperte.de/aserbaidschan-am-vorabend-des-102-jahrestages-seiner-proklamation/) ölkəmizin 102 il bundan əvvəl müstəqilliyini elan edərək müsəlman dünyasında ilk azad və demokratik dövlət qurduğu bildirilir. Yeni yaranmış dövlətdə qadınlara seçki hüququnun verildiyi, müasir sənət və mədəniyyətin yüksək inkişaf yolu keçdiyi qeyd olunur. Parlamentdə bütün milli azlıqların, o cümlədən ermənilərin təmsil olunduğu vurğulanır. 1920-ci ildə bolşeviklərin bu mütərəqqi dövlət nizamına son qoyduğu, Azərbaycanın yalnız 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra yenidən öz azadlığını əldə etdiyi bildirilir.

Məqalədə Dağlıq Qarabağ və 7 ətraf rayonun Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, zəngin ənənəyə malik Azərbaycanın sürətli inkişaf yolu keçən dövlətə çevrildiyi, 2000-ci illərdə dünya üzrə ən yüksək iqtisadi artım göstəricilərinə malik olduğu qeyd olunur. Azərbaycan Respublikasının nəinki Cənubi Qafqazın ən böyük ölkəsi, həm də iqtisadi cəhətdən ən güclü ölkəsi hesab olunduğu vurğulanır.

Zəngin enerji resurslarına malik Azərbaycanın uğurlu enerji siyasəti həyata keçirməklə Avropanın etibarlı tərəfdaşına çevrildiyi və onun enerji mənbələrinin divesifikasiyasına mühüm töhfə verdiyi qeyd olunur. Enerji strategiyasının əsasının keçmiş Prezident, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu və "Əsrin müqaviləsi”nin imzalanması ilə başlandığı ifadə edilir.

Daha sonra hazırda Azərbaycanın COVID-19 böhranına qarşı uğurla mübarizə apardığı, ölkəmizdə yoluxmaların sayının az olmasının hökumətin və səhiyyə orqanlarının böhrana müvafiq effekiv tədbirlərlə müşahidə olunan sürətli reaksiyası ilə bağlı olduğu vurğulanır. Pandemiya ilə mübarizəyə irihəcmli maliyyə yardımlarının (ümumilikdə 1,6 milyard ABŞ dolları həcmində) ayrıldığı, bunun makroiqtisadi stabilliyin qorunması, səhiyyə sisteminin möhkəmləndirilməsi, iqtisadi və sosial vəziyyətin yaxşılaşdırılması məqsədi daşıdığı ifadə olunur.






NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM