Alternative content

14:58 14 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalında 28 May – Respublika Gününə həsr edilmiş geniş məqalə yayılıb
İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin portalında 28 May – Respublika Gününə həsr edilmiş geniş məqalə yayılıb
ANA SƏHİFƏ / SİYASƏT
19:57 28.05.2020

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyinin (UNA) portalında 28 May – Respublika Gününə həsr edilmiş geniş məqalə yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə müsəlman Şərqində ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsinin 102-ci ildönümü olduğu qeyd edilir. Cümhuriyyətin tarixindən əraflı söz açılan məqalədə qeyd olunub ki, AXC ölkədə demokratik institutların qurulması, qadınlara seçki hüququnun verilməsi, gender bərabərliyinin təmin olunması kimi mühüm addımlara imza atıb.

Məqalədə bildirilib ki, bolşevik işğalı nəticəsində 23 aydan sonra süqut edən müstəqil demokratik Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası 1991-ci il avqustun 30-da Müstəqillik Bəyannaməsi qəbul edib. Ölkədə milli ordu qurulub və bazar iqtisadiyyatı bərqərar olub, Azərbaycan dünya birliyinin mötəbər üzvünə çevrilib. Məqalədə vurğulanıb ki, müstəqilliyinin ilk illərində Azərbaycan qonşu Ermənistanın təcavüzünə məruz qalıb, ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. "Ölkədə xaos və müharibənin davam etdiyi, iqtisadiyyatın tənəzzülə uğradığı ağır şəraitdə Azərbaycan xalqı o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Vətəndaş müharibəsi və müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısını alan böyük siyasətçi Azərbaycan Milli Məclisinin Sədri, 1993-cü il oktyabrın 3-də isə Prezident seçildi”, -deyə məqalədə qeyd olunub.

UNA-nın baş məqaləsində yazılıb ki, ulu öndər Heydər Əliyevin müdrik siyasətini davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində bu gün Azərbaycan Qafqaz regionunun lider dövləti və beynəlxalq icmanın nüfuzlu üzvüdür.

Məqalədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkənin sosial-iqtisadi inkişafında, Azərbaycanın dünyada tanıdılmasında mühüm rolu da vurğulanıb. Qeyd olunub ki, fondun təşəbbüsü ilə həm ölkə daxilində, həm də xaricdə humanitar, o cümlədən təhsil, səhiyyə və digər sahələrdə böyük layihələr həyata keçirilib.

Məqalənin tam mətni ilə http://una-oic.org/page/public/news_details.aspx?id=295805 linkində tanış olmaq mümkündür.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM