28 May 2020 14:50
517
CƏMİYYƏT
A- A+

Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi Respublika Günü münasibətilə təbrik edib


Azərbaycan xalqının həyatında yeni bir mərhələ və tarixi hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə onu səmimi-qəlbdən təbrik edirəm. Bununla əlaqədar Şərqdə ilk demokratik respublika olan, müstəqilliyini ilk olaraq Osmanlı dövlətinin tanıdığı Azərbaycan Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə və azərbaycanlı qardaşları ilə çiyin-çiyinə mübarizə aparmış Qafqaz İslam Ordusunun komandiri Nuru Paşa başda olmaqla şəhidlərin xatirəsini ehtiramla anıram.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan ölkəmizi 28 May - Respublika Günü münasibətilə təbrikində bildirib.

"Allahdan şanlı Azərbaycan bayrağının bu torpaqlar üzərində daim dalğalanmasını və bu ölkənin bir daha müstəqillik uğrunda mübarizə aparmaq məcburiyyətində qalmamasını arzulayırıq. Həqiqət odur ki, Azərbaycanın istiqlalı Türkiyənin də istiqlalıdır. "Sən bizimsən, bizimsən, durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” - deyə H.Altınalan vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video