26 May 2020 13:48
616
SİYASƏT
A- A+

TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə dair mətbuat konfransı keçiriləcək

 
Mayın 28-də TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş "Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Federasiyasının Xarici İşlər nazirinin müavini Andrey Rudenko, Azərbaycanın Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədri Leonid Slutski, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu və Rusiya Dövlət Humanitar Universitetinin prezidenti, "Rusiya-Azərbaycan” Dostluq Cəmiyyətinin prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovar iştirak edəcəklər.

Mətbuat konfransının moderatoru qismində TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxış edəcək.

KİV nümayəndələri əvvəlcədən akkreditasiyadan keçərək mətbuat konfransında distant iştirak edə bilərlər. Bunun üçün "WhatsApp” əlavəsi quraşdırılmış şəxsi mobil nömrənin qeydiyyat zamanı göstərilməsi vacibdir.

Translyasiyanı TASS agentliyinin saytındakı anons səhifəsindən, həmçinin TASS-ın "Facebook”dakı Mətbuat mərkəzindən izləmək mümkün olacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video