26 May 2020 13:43
658
DÜNYA
A- A+

Gürcüstan Müstəqillik Gününü qeyd edir

 
Bu gün Gürcüstanda milli bayram – Müstəqillik Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, hər il Gürcüstanda 26 May - Müstəqillik Günü təntənəli şəkildə, müxtəlif tədbirlərlə qeyd olunurdu. Lakin bu il koronavirus pandemiyasına görə dövlət bayramı təntənəli mərasimlərlə qeyd edilməyəcək.

Baş nazir Giorgi Qaxaria, dövlət və hökumət üzvləri müstəqillik gününü mayın 26-da Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında qeyd ediblər.

Bildirilib ki, COVID-19 pandemiyası səbəbindən bu il bayram müxtəlif formatlarda keçirilir.

Qeyd edək ki, 102 il bundan öncə mayın 26-da Tbilisidə, mərkəzi Rustaveli prospektindəki indiki "Gənclər evi”ndə Gürcüstanın Milli Şurası Dövlət müstəqilliyi aktını qəbul edib.

Bundan iki gün sonra, mayın 28-də isə həmin tarixi binada Azərbaycan öz müstəqilliyini bəyan edib.

Gürcüstanın ictimai-siyasi xadimi Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika iki il yarım mövcud olub.

Sovet imperiyasının hərbi təcavüzü nəticəsində Gürcüstan Demokratik Respublikası süquta uğrayıb.

Gürcüstan müstəqilliyini 1991-ci ilin aprelin 9-da bərpa edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video