25 May 2020 23:05
1230
DÜNYA
A- A+

Türkiyədə koronavirusdan sağalanların sayı 120 mini ötüb

 
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı sistemli mübarizə tədbirləri sayəsində gündəlik yoluxma və ölüm hallarında azalma davam edir.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 25-də ölkə üzrə 21 min 492 nəfər testdən keçirilib. Onlardan 987 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1321 nəfər sağalıb, 29 nəfər dünyasını dəyişib. Beləliklə, məlum infeksiyadan sağalanlar 120 min 15, ölənlərin sayı isə 4 min 369 nəfərə çatıb. Bu vaxtadək ölkə üzrə bir milyon 853 min 754 nəfər testdən keçirilib. Onlardan 157 min 814 nəfərdə infeksiya aşkarlanıb.

Qeyd edək ki, mayın 23-dən etibarən Türkiyədə növbəti dəfə komendant saatı rejimi tətbiq olunub. Daxili İşlər Nazirliyinin nəzarəti ilə qorunan komendant saatı dörd gün davam edəcək. COVID-19 infeksiyası ilə bağlı tətbiq olunan qadağalar nəzarətli qaydada tədricən aradan qaldırılır. Ən son məlumata görə, ölkə daxilində dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur. İctimaiyyət aradan qaldırılan digər məhdudiyyətlərlə bağlı vaxtaşırı məlumatlandırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video