22 May 2020 15:18
649
SİYASƏT
A- A+

Salımsay Kommasit: Azərbaycan-Laos münasibətləri ikitərəfli əsasda və çoxtərəfli müstəvidə inkişaf edib


Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasit iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov məktubunda ilk olaraq, Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Salımsay Kommasitə ən səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Nazir, iki ölkə arasında qarşılıqlı anlaşma, müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət əsasında qurulmuş münasibətlərin və əməkdaşlığın gələcək illərdə də inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

Məktubda Azərbaycanın ilə Laos arasında mövcud dialoq və əməkdaşlığa böyük əhəmiyyət verildiyi vurğulanıb və qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğu qeyd olunub.

Sonda nazir E.Məmmədyarov qarşı tərəfi Azərbaycan Respublikasına səfər etməyə dəvət edib və Laos xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayıb.

Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasit Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə nazir Elmar Məmmədyarova səmimi təbriklərini çatdırıb.

Salımsay Kommasit ötən 25 il ərzində ölkələr arasında dostluq münasibətləri və səmərəli əməkdaşlığın ikitərəfli əsasda və çoxtərəfli müstəvidə inkişafını və genişləndiyini qeyd edib. Böyük səylər sayəsində ölkə və xalqların həqiqi mənafeyi naminə bölgədə, habelə bütün dünyada sülh, sabitlik və əməkdaşlığın inkişafı məqsədilə Laos ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ruhundakı əlaqələrin bundan sonra da möhkəmlənərək genişlənəcəyindən əmin olduğunu ifadə edib.

Sonda nazir Salımsay Kommasit nazir Elmar Məmmədyarova və bütün XİN kollektivinə möhkəm cansağlığı, şəxsi firavanlıq və gələcək fəaliyyətdə uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 1995-ci il mayın 22-də qurulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video