21 May 2020 19:24
507
SİYASƏT
A- A+

Leyla Abdullayeva: İşğalçı ölkənin sülhdən bəhs etməsi riyakarlığın son həddidir


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən təşkil edilmiş qondarma "andiçmə” ilə bağlı Ermənistan XİN-in şərhinə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, KİV-ə açıqlamasında Leyla Abdullayeva deyib: "Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilmiş "andiçmə” ilə bağlı şounu Ermənistan XİN-in "demokratik proses” adlandırması bu təcavüzkar ölkənin mahiyyətini göstərməklə yanaşı, demokratiya anlayışından nə qədər uzaq olduğunu göstərir. Digər dövlətin beynəlxalq tanınmış ərazisini işğal edib, oradakı insanları etnik təmizləməyə məruz qoyub, insan hüquqlarını kobudcasına pozmaq müasir beynəlxalq hüquqi dildə təcavüz adlanır, demokratiya yox.

Ermənistan XİN-in istinad etdiyi "xalq” ifadəsinə gəldikdə isə, birincisi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki ermənilər xalq yox, bu bölgədə yaşayan erməni icmasını təşkil edir. İkincisi, xalqların öz müqəddəratını müəyyənetmə prinsipindən danışmaq üçün isə Ermənistan XİN əvvəlcə bu prinsipin nə demək olduğunu öyrənməli, Helsinki Yekun Aktını oxumalı, daha sonra bu prinsiplərə düzgün istinadlar verməlidir.

İşğalçı ölkənin şərhində sülhdən bəhs etməsi isə riyakarlığın son həddidir. Sülhü düşünən ölkə işğalçılıq siyasəti yürütməz, sülh istəyən ölkə danışıqlar prosesinə əngəl törətməz və nəhayət, sülhü dəstəkləyən tərəf elə sülhün özünə başlıca təhdid olmaz”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video