21 May 2020 19:20
808
SİYASƏT
A- A+

Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan icması Şuşada keçirilən saxta “andiçmə mərasimi” ilə bağlı bəyanat yayıb


Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan icması erməni işğalçılarının Azərbaycanın işğal olunmuş Şuşa şəhərində keçirdiyi saxta "andiçmə mərasimi” ilə bağlı bəyanat yayıb.

İcmanın üzvü, Əbu-Dabi Universitetinin müəllimi Şəhrizad Süleymanın AZƏRTAC-a təqdim etdiyi bəyanatın mətnində bildirilir ki, dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxta Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan qondarma qurum tərəfindən saxta "prezident seçkiləri”nin keçirilməsi və daha sonra mayın 21-də Şuşada "andiçmə mərasimi”nin planlaşdırılması beynəlxalq hüquqa, bölgədə sülhə və sabitliyə təhdid, Azərbaycana qarşı təxribatdır.

Bəyanatda vurğulanır ki, artıq bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bu "seçki” şousunu pisləyərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, qondarma "Dağlıq Qarabağ respublikası”nı və buradakı "seçkiləri” tanımadığını bəyan edib. Dünyanın bir çox dövlətləri, o cümlədən Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası, GUAM, Avropa Parlamenti, TÜRKPA kimi beynəlxalq təşkilatlar, nüfuzlu KİV-lər bu "seçkiləri” məqsədli təxribat, Qafqazda sülhə, sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirib. "Yalnız Ermənistan rəhbərliyi, qondarma rejimlər və erməni lobbisi tərəfindən dəstək görən, heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmayan işğalçı rejim və onun burada təşkil etdiyi saxta "seçkilər” beynəlxalq hüquqa ziddir”, – deyə Azərbaycan icması vurğulayıb.

Bəyanatda daha sonra qeyd olunur: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə aparılan danışıqlara böyük zərbə olan bu addım qarşı tərəfin əsl niyyətini üzə çıxararaq münaqişənin nizama salınmasında maraqlı olmadığını bir daha göstərmiş olur. Qanunsuz parlament tərəfindən saxta seçkilərin keçirilməsi Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərdiyini sübut edir. Bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq və sanksiyalar tətbiq etməklə onu beynəlxalq hüququn normalarına hörmətlə yanaşmağa məcbur etməlidir”.

Azərbaycan icmasının nümayəndələri sonda bildiriblər: "Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində saxta "prezident seçkisi”nin keçirilməsi və "andiçmə mərasimi”nin təşkili yolverilməzdir. Biz, BƏƏ-də yaşayan azərbaycanlılar bunu işğal olunmuş Azərbaycan torpaqlarında başda Xocalı faciəsi olmaqla dinc insanların qatili olan separatçı rejimin və işğalçı Ermənistanın cinayətkar fəaliyyətlərinin davamı kimi qiymətləndirərək, bu təxribatçı, eləcə də cinayətkar əməlləri kəskin şəkildə pisləyirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video