21 May 2020 15:23
791
DÜNYA
A- A+

“Amfan” Hindistan və Banqladeşdə 14 nəfərin həyatına son qoydu

Güclü "Amfan” siklonu Şərqi Hindistan və Banqladeşi vurmuş, nəticədə azı 14 nəfər həlak olmuş, minlərlə ev dağılmışdır. Bu barədə yerli KİV xəbər verir.

Siklonun əsas zərbəsini Hindistanın Qərbi Benqaliya ştatı qəbul etmişdir. Ştatın baş naziri Mamata Banerci bildirmişdir ki, azı 10 nəfər həlak olmuşdur: "Biz COVİD-19-lə müqayisədə daha çox ziyan çəkdik, dağıntılarla üzləşdik".

Məlumata görə, qonşu Banqladeşdə azı 4 nəfər təbii fəlakətin qurbanı olmuşdur.

Hindistan hakimiyyət orqanları məlumat vermişdir ki, Qərbi Benqaliya və Orissa ştatlarından təxminən 450 min nəfər köçürülmüşdür. KİV-in xəbərinə görə, Banqladeş hökuməti 2 milyondan çox sakini təxliyə etmiş, ordu hərbi hazırlıq vəziyyətinə gətirilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video