21 May 2020 00:17
882
ELANLAR
A- A+

“Holcim (Azərbaycan)” ASC-nin səhmdarlarının nəzərinə


Dünyada sürətlə yayılan koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər görülmüş, həyata keçirilən tədbirlər nəticəsində hazırda ölkədə pandemiya vəziyyəti nəzarət altına alınmış, insanların COVID-19 virusuna kütləvi yoluxma hallarının azaldılmasına nail olunmuşdur.

COVID-19 infeksiyasının yayılmağa başladığı vaxtdan etibarən "Holcim (Azərbaycan)” ASC fəaliyyəti zamanı öz işçilərini, tərəfdaşlarını və üçüncü şəxsləri qorumaq üçün vacib tədbirlər görmüşdür.

Lakin nəzərə alınmalıdır ki, hazırda COVID-19 infeksiyası tam aradan qalxmamışdır və pandemiya şəraiti davam edir. Bu baxımdan kütləvi tədbirlərin keçirilməsi və insanların qruplar şəklində cəmləşməsi onların həyat və sağlamlığı üçün risklidir və virusun yayılmasına səbəb ola bilər.

"Holcim (Azərbaycan)” ASC-nin rəhbərliyi insanların həyat və sağlamlığının ən vacib məsələ olduğunu nəzərə alaraq virusun yayılmasına və təhlükəli fəsadlarla nəticələnməsinə şərait yaradılmaması üçün "Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının 03.06.2020-ci il tarixə təyin edilmiş illik ümumi yığıncağının qeyri-müəyyən tarixə təxirə salınması barədə qərar qəbul etmişdir.

Ölkədə infeksiyanın yayılma vəziyyəti və məhdudiyyət tələbləri nəzərə alınmaqla, növbəti aylarda ümumi yığıncağın keçiriləcəyi tarix müəyyənləşdiriləcəkdir.

İllik ümumi yığıncağın keçiriləcəyi tarix barədə kütləvi informasiya vasitələrində əlavə məlumat veriləcəkdir.

"Holcim (Azərbaycan)” ASC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video