20 May 2020 22:44
967
SİYASƏT
A- A+

Rusiya Prezidenti Azərbaycanla sərhəddə yaranmış vəziyyətlə bağlı tapşırıq verib


Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı tapşırıq verib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələri üçün Azərbaycanın səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət mexanizminin işlənib hazırlanması barədə tapşırıq verib. Xatırladaq ki, koronovirus pandemiyası ilə əlaqədar Rusiya-Azərbaycan sərhədində məhdudiyyətlər yaranıb.

Kremlin mətbuat xidmətinin məlumatına görə, bu barədə tapşırıq Dağıstan Respublikasının rəhbərliyi ilə keçirilən videomüşavirədən sonra verilib. Rusiya Prezidenti Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Agentliyi və Dağıstan Respublikasının Hökumətinə Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələrinin təşkili üçün Azərbaycanın səlahiyyətli orqanları ilə operativ qarşılıqlı fəaliyyət mexanizmi işləyib hazırlamağı tapşırıb. Eyni zamanda, V.Putin epidemioloji vəziyyəti nəzərə alaraq normalara riayət olunmasının vacibliyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video