20 May 2020 16:56
793
DÜNYA
A- A+

Fələstin ABŞ və İsrail ilə bağladığı bütün sazişlərdən çıxdı

Fələstin Milli Muxtariyyəti İsrail hökumətinin işğal altındakı Fələstin torpaqlarını ilhaq etmək niyyəti üzündən İsrail və ABŞ ilə bütün razılaşmalara xitam vermişdir. Bu bəyanatla Fələstin lideri Mahmud Abbas çıxış etmişdir.

Mahmud Abbas elan etmişdir ki, "Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti ABŞ və İsrail hökumətləri ilə bütün sazişlərdən, o cümlədən təhlükəsizlik sahəsində razılaşmalardan irəli gələn bütün öhdəliklərdən imtina edir".

Fələstin lideri dəfələrlə xəbərdarlıq etmişdi ki, təhlükəsizlik sahəsində İsrail ilə əməkdaşlığı dayandıracaq, lakin bunu praktikada reallaşdırmamışdı. Əvvəllər Fələstin tərəfi İordan çayının qərb sahilində İsrail təhlükəsizlik qüvvələri ilə, eləcə də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edirdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video