19 May 2020 16:39
803
DÜNYA
A- A+

Çində 108 milyon nəfər karantin rejiminə qaytarıldı


Çinin şimal-şərq regionunda təxminən 108 milyon nəfər koronavirusun yenidən yayılması üzündən karantin şəraitinə qaytarılmışdır. Bu barədə "Bloomberg” agentliyi xəbər verir. İnfeksiyanın ocağı Szilin əyaləti və onun eyni adlı inzibati mərkəzidir.

Ölkənin hakimiyyət orqanları dərhal karantinin bərpa olunmasına qərar vermis, avtobus və dəmiryol nəqliyyatını dayandırmış, məktəbləri bağlamışdır. İndi uşaqlar yenidən küçədə maska ilə gəzirlər, tibb işçiləri qoruyucu paltar geyirlər. Ümumilikdə əhalinin evdən çıxışı azalmışdır.

Regionda gündə 34 yeni yoluxma hadisəsi qeydə alındıqdan sonra insanların gözündə infeksiyanın ikinci dalğasının əmələ gəlməsi qorxusu sezilir. Agentlik qeyd edir ki, bundan sonra ölkədə məhdudiyyətlərin qaldırılması prosesi kövrək olacaq. İnfeksiyanın canlanmasına kiçicik işarə ciddi təcrid rejiminin bərpasına gətirib çıxara bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video