19 May 2020 16:09
383
CƏMİYYƏT
A- A+

73-cü Ümumdünya Səhiyyə Assambleyası COVID-19 pandemiyası ilə əlaqədar videokonfrans formatında keçirildi


Mayın 18-19-də baş tutmuş 73-cü Ümumdünya Səhiyyə Assambleyası dünyada mövcud COVID-19 pandemiyası şəraiti ilə əlaqədar videokonfrans formatında keçirildi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sessiyada COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, epidemioloji nəzarət, karantin qaydalarının həyata keçirilməsi, qazanılmış müsbət təcrübədən istifadə, mütəşəkkillik və görüləcək fəaliyyətlərin müzakirəsi aparılıb. Ümumdünya Səhiyyə Assambleyasının iştirakçıları Ümumdünya Səhiyyə Təşkilatına üzv olan 194 dövlətin nazirləri və bir sıra beynəlxalq qurumların nümayəndələrindən ibarət idi.

Sessiya zamanı səfir Keva Beyn (Baham adaları) Ümumdünya Səhiyyə Assambleyasının yeni prezidenti seçildi. Öz nitqində Assambleyanın sədri bildirdi: "Son 25 il ərzində biz ictimai səhiyyə sahəsində misilsiz nailiyyətlərin əsl qızıl dövrünü müşahidə edirik. Biz uşaq ölümünü 47 faiz, ana ölümü isə 45 faizə qədər azalda bildik. HİV, AİDS, malyariya və digər xəstəliklərin yayılmasına gəldikdə, burada da əhəmiyyətli nailiyyətlər müşahidə olunur. COVID-19 virusu yeni texnologiyaların yarandığı dövrdə ortaya çıxıb və indi yeni biliklər, innovasiyalar, çeviklik və düşünülmüş ölkələrarası qarşılıqlı əlaqələr tələb olunur. Bu böhranlı dövrlərdə ÜST-ün rolu hamımıza onu xatırladır ki, biz bir-birimizə bağlı olan və bir-birindən asılı olan dünyada yaşayırıq, burada rifah və sağlamlıq ölkənin inkişaf səviyyəsindən asılı olmayaraq, şərait və qərarlardan asılıdır. Bakterial və virus təhlükəsi çox tez yayılır, ÜST COVID-19 müqavimətini təmin etmək üçün ardıcıl və qətiyyətlə hərəkət etməlidir. Eyni zamanda, mandat çərçivəsində hərəkət etmək və milyonlarla insanın, xüsusilə də qeyri-infeksion xəstəliklərdən əziyyət çəkən şəxslərin sağ qalmasına təhlükə yaradan təhdidləri aradan qaldırmaq üçün balans yaratmaq lazımdır. Mən əminəm ki, biz bu gün yaşadığımız ağır reallıqların öhdəsindən gələ biləcəyik. COVID-19 pandemiyasından sonrakı vəziyyət bizə səmərəli hərəkət etməyə imkan verəcək, bunun üçün isə biz yeni həyat tərzinə keçid almalı, mövcud resurslarımızı yönləndirməli və maksimuma çatdırmalıyıq, həmçinin cəmiyyətlərimizin iqtisadi, psixoloji və fiziki rifahı arasında yeni tarazlıq yaratmalıyıq. Bəli, biz yaşlı vətəndaşlarımızı itirmişik və ona görə də sağ qalanlarını müdafiə etmək üçün daha çox səy göstərməliyik".

Sessiya zamanı Azərbaycan Respublikasının Səhiyyə naziri, professor Oqtay Şirəliyev öz çıxışında bildirdi: "Azərbaycan pandemiyaya qarşı vaxtında ciddi tədbirlər həyata keçirib ki, bunun da nəticəsində hazırda 10 milyon əhalisi olan ölkədə cəmi 3274 yoluxma halı qeydə alınıb, onlardan 2015-i sağalıb, ölüm halları isə 1,2 faiz təşkil edib. Prezident İlham Əliyev xalqa "Biz birlikdə güclüyük!” çağırışı ilə müraciət edib. Qeyd etmək istəyirəm ki, bu çağırış beynəlxalq səviyyədə də aktualdır. Yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar. Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video