19 May 2020 13:24
930
İQTİSADİYYAT
A- A+

Dünya İqtisadi Forumu mövcud vəziyyəti qlobal tənəzzül adlandırıb


Dünya İqtisadi Forumu (WEF) yeni növ koronavirusun risklərinə dair araşdırma metodu ilə hazırladığı hesabatda mövcud vəziyyəti qlobal tənəzzül adlandırıb və bunu ən böyük narahatlıq doğuran məqam kimi izah edib.

AZƏRTAC xəbər verir ki, hesabatda uzun müddət davam edən qlobal tənəzzülün narahatlığına diqqət yönəldib. Bildirilir ki, təxminən 350 risk menecerinin üçdəikisi qarşıdakı 18 ay ərzində dünyada ən böyük narahatlıqlarının COVID-19 pandemiyası səbəbindən uzunmüddətli qlobal tənəzzül olduğunu bildiriblər.

Risk menecerlərinin yarısı xüsusən gənclər arasında yüksək struktur işsizliyinin gözləndiyini qeyd edib və bunu ikinci narahatlıq yaradan amil adlandırıblar. Pandemiyanın ikinci dalğası və ya fərqli bir yoluxucu xəstəliyin gözlənildiyini, bunun isə üçüncü ən böyük narahatlıq olduğu bildirilib.

Dördüncü ən böyük narahatlıq olaraq böyük iqtisadiyyatlarda maliyyə vəziyyətinin zəifləməsi göstərilib, bəzi ölkələrdə sənayenin və ya sektorların tamamilə sağlamlaşdırılmaması beşinci sırada yer alıb.

İri şirkətlərin və KOB-ların iflas səviyyəsinin artması və şirkətlərin alınması ilə bir-birinə birləşməsi tendensiyası isə altıncı ən böyük narahatlıq kimi ifadə olunub. İnsanların və malların sərhədlərdə sərt məhdudiyyətlərə məruz qalması yeddinci sırada yer alıb.

Qlobal tədarük zəncirlərində uzunmüddətli pisləşmənin gözlənildiyi bildirilən hesabatda dünyanın ekoloji, sosial və texnoloji risklərin geniş zəncirvari təsirinə hazır olmadığı qeyd edilib. Hesabatda ətraf mühitin qorunması üçün hədəflərin epidemiya səbəbindən arxa planda qalma riskinin olduğu və hökumətlərin "yaşıl iqtisadi bərpa” üçün çalışmasının zəruriliyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video