19 May 2020 00:45
613
SİYASƏT
A- A+

Prezident İlham Əliyev islahat siyasətini kreativ tədbirlərlə zənginləşdirir



Azərbaycanın "Smart ölkə”yə çevrilməsi perspektivi gündəmə gəlir


Ölkənin iqtisadi müstəvisində son günlər baş verən hadisələrin və tədbirlərin sırasında Azərbaycan Prezidentinin CISCO şirkətinin təşəbbüsü ilə bu şirkətin rəhbərləri arasında videokonfrans keçirməsi bir neçə səbəbdən maraqlıdır. Mahiyyət etibarı ilə söhbət ekoloji balansın qorunmasından, su ehtiyatlarının səmərəli idarə edilməsindən və yeni idarəetmə sistemlərinin tətbiqində aparıcı şirkətlərin təcrübəsindən faydalanmaqdan gedir.
Əslində, bu videokonfransı Davosda keçirilən görüşlərin uğurlu davamı kimi də qiymətləndirmək mümkündür. Bideobağlantıda CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer COVID-19 virusu ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında və Qoşulmama Hərəkatının görüşünün təşkil edilməsində liderlik və rəhbərlik səylərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Şirkətin vitse-prezidenti Qay Ditrix videobağlantıda "Smart ölkə”, təhsil və kibertəhlükəsizlik sahələri üzrə əməkdaşlığı üç əsas prioritet istiqamət kimi Azərbaycan Prezidentinin diqqətinə təqdim etmişdir. Qay Ditrix Azərbaycanda icra edilən birgə layihələrin nəticələri, uğurlu əməkdaşlıq əlaqələri və qazanılan müsbət təcrübədən danışmışdır.
O, həmçinin perspektiv əməkdaşlıq çərçivəsində vahid məlumatlar sisteminin yaradılması istiqamətində görülən işlərin ümumi daxili məhsulun artımına, iş yerlərinin yaradılmasına və innovasiyaların tətbiqinə xidmət edəcəyi barədə məlumat vermişdir.
Onu da qeyd edək ki, CISCO şirkətinin avadanlıqlarından Bakıda iki mühüm beynəlxalq tədbirin təşkilində istifadə edilmişdir. Artıq bu sistem vasitəsi çərçivəsində Azərbaycan Prezidenti ilə bir sıra dövlət başçıları arasında videogörüşlər keçirilmişdir. ABŞ-ı təmsil edən belə bir şirkətlə əməkdaşlığın genişləndirilməsi həmçinin iki dövlətin iqtisadi əlaqələrinin güclənməsinə və qarşılıqlı münasibətlərin dərinləşməsinə xidmət edir. Azərbaycan tərəfi təhsili, kibertəhlükəsizliyi, səhiyyəni, kənd təsərrüfatını və su ehtiyatlarının idarə olunmasını əhatə edən qlobal "Smart ölkə” konsepsiyasını tam dəstəkləyir.
Şirkətin "bir-biri ilə bağlantısı olan məktəblər” və təhsil proqramı üçün təklif etdiyi layihələr də diqqətəlayiqdir. Kibertəhlükəsizlik, ümumi daxili məhsulun artırılması, iş yerlərinin yaradılması məsələlərinin sürətli həllində innovativ texnologiyaların zamanında tətbiqi mühüm rol oynayır.
Azərbaycan Prezidenti videokonfransda ən vacib sahələrdə əməkdaşlığın davam edəcəyini belə vurğulamışdır: "Bilirəm ki, siz kənd təsərrüfatının rəqəmsallaşdırılması ilə bağlı artıq təmasdasınız. Bu sektor hazırkı vəziyyətdə neft qiymətlərinin tənəzzülü ilə aparıcı sektorlardan biri olacaq. Buna görə də kənd təsərrüfatı məşğulluq, ərzaq təhlükəsizliyi və ixrac deməkdir. Gözəçarpan nəticələrə nail olmaq üçün bizim su ehtiyatlarımıza çox ciddi elektron nəzarət sistemimiz olmalıdır. Elə bu yaxınlarda mən Baş Nazirin müavininin rəhbərliyi altında xüsusi dövlət komissiyasının yaradılması ilə bağlı sərəncam imzalamışam. Onlar artıq işə başlayıblar”.
Maraqlısı odur ki, bir qədər əvvəl su qıtlığı ilə bağlı problem qaldırılanda dövlət başçısı müvafiq göstərişlər vermiş və sərəncan imzalamışdır. Videokonfransda Prezident İlham Əliyev bu mövzuya təkrar qayıdaraq ölkənin su ehtiyatlarının düzgün qiymətləndirilməsini və balansın elektron idarə edilməsini önə çəkmişdir: "Çünki burada narahatlıq doğuran məsələlərdən biri odur ki, bəzən su ehtiyatlarının paylanılması zamanı yerli icra orqanları bunu qeyri-bərabər şəkildə edirlər və nəticədə müəyyən şirkətlər qrupu əsassız üstünlük əldə edir. Bu ədalətsizlik isə öz növbəsində ciddi çətinliklər yaradır. Bu səbəbdən hesab edirəm ki, bu məsələ də bizim gündəliyimizə əlavə edilə bilər...”
Qay Ditrix su ehtiyatlarının idarə edilməsi sahəsində bir sıra layihə və texnologiyalara malik olduqlarını bildirmiş, sensor texnologiyasının tətbiqi və su ehtiyatları sahəsində qanunvericiliklə bağlı Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırmışdır: "Daha bir mövzu "Ağıllı kənd təsərrüfatı”dır. Siz bu sahədə olduqca irəlidəsiniz və Sizin kənd təsərrüfatının inkişafı ilə bağlı baxışınızı reallaşdırmaq üçün müvafiq texnologiyalar artıq mövcuddur”.
Azərbaycan Prezidenti İlham Əliyev şirkətin bu sahədəki təcrübəsindən faydalanmağı zəruri sayır. Ölkədə su itkisinin 40 və hətta 50 faiz təşkil etdiyini qeyd edən dövlət başçısı belə deyir: "Biz yalnız su itirmirik, biz həm də torpağa ziyan vururuq, çünki torpaq yuyulur və daha sonra kənd təsərrüfatı üçün yararsız olur. Düşünürəm ki, səylərimizi birləşdirərək və sizin təcrübənizdən faydalanaraq biz məhsuldarlığı artırmaqla böyük uğura nail ola bilərik”.
Azərbaycan tərəfi ilə CISCO şirkəti arasında əməkdaşlıq ildən-ilə dərinləşir. "Smart ölkə” ideyası üzərində birgə iş gedəcək, "Ağıllı şəhər” layihəsinin icrası mərhələsi yaxınlaşanda isə koronavirus məsələsi geridə qalacaq, həyatın normal axarı yoluna düşəcək. Göründüyü kimi, perspektivlər nikbindir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi CISCO ilə əməkdaşlığı davam etdirir, şirkətin bulud platforması və şəbəkə texnologiyalarından istifadə etməklə videokonfrans şəklində mühüm tədbirlərin təşkil edilməsində fəallıq göstərir.
Azərbaycanın dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığının güclənməsi müasirləşməyə və yeni texnologiyaların geniş tətbiqinə imkan verir. Problemlərə baxışların üst-üstə düşməsi səyləri birləşdirməyə, qüvvələri səfərbərliyə almağa və nisbətən qısa müddət ərzində daha böyük işlər görməyə imkan yaradır.

Bahadur İMANQULİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video