07 Aprel 2020 15:53
544
CƏMİYYƏT
A- A+

Bu əfv Sərəncamı Azərbaycan Prezidentinin vətəndaşlarımıza yüksək diqqət və qayğı göstərməsinin daha bir sübutudur


Prezident İlham Əliyev dünən imzaladığı əfv Sərəncamı ilə hər bir vətəndaşımıza, o cümlədən yaşlı nəslin nümayəndələrinə daim diqqət və qayğı ilə yanaşdığını bir daha göstərdi.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsindən azad edilən Tofiq Bağırov söyləyib.

Əfvin humanizm aktı, koronavirus infeksiyasının yayıldığı hazırkı şəraitdə yaşlı insanlara diqqət və qayğının təzahürü olduğunu vurğulayan Tofiq Bağırov deyib: "Cəzamın çəkilməmiş hissəsindən azad edildiyim üçün çox sevincliyəm. Yaşıma görə və xüsusi qayğıya ehtiyacım olduğu üçün bu Sərəncam mənə də şamil edildi. Bu sevinci mənə də bəxş etdiyi üçün Prezident İlham Əliyevə minnətdaram. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin humanizm ənənələrini davam etdirir. Allah onu qorusun. Prezidentimiz bu humanist addımı ilə bizə daha bir şans verdi. Biz bundan sonra xalqımıza, dövlətimizə layiqli vətəndaş olmağa çalışacağıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video