07 Aprel 2020 15:43
562
DÜNYA
A- A+

ABŞ Dövlət Departamentinin üç əməkdaşı koronovirusdan öldü

ABŞ Dövlət Departamentinin xarici nümayəndəliklərində 190 əməkdaş yeni tip koronavurusa yoluxmuş, onların üçü vəfat etmişdir. Bu barədə xarici siyasət idarəsinin tibb bölməsinin nümayəndəsi Uilyam Uolters məlumat vermişdir.

Uoltersin dediyinə görə, ABŞ-da Dövlət Departamentinin 41 əməkdaşı xəstələnmişdir, hazırda ölüm halı qeydə alınmamışdır.

Dövlət Departamentinin xaricdə 220 nümayəndəlyi var.

Dünən səhərə olan məlumata görə, dünyada koronovirusdan 75 min nəfərə yaxın adam vəfat etmişdir. Ən çox ölüm halları İtaliya (16523), İspaniya (13341), ABŞ (10923) və Fransada (8911) qeydə alınmışdır. Xəstəliyə yoluxanların sayı 1,34 milyondan çoxdur. 277 mindən artıq xəstə müalicə alıb sağalmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video