07 Aprel 2020 14:21
535
İQTİSADİYYAT
A- A+

Mərkəzi Bank nağdsız ödənişlərin inkişafı üzrə müsabiqənin nəticələrini açıqlayıb

 
2013-cü ildən başlayaraq Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birgə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqə təşkil edir və müsabiqə çərçivəsində fərqlənmiş bankların mükafatlandırılması həyata keçirilir.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə qurum tərəfindən elan edilmiş 6 nominasiya üzrə aşağıdakı banklar müsabiqənin qalibi olub:

- POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank – "Premium Bank” ASC

- Təmassız ödənişlər üzrə lider bank – "Expressbank” ASC

- İnternet bankçılıq xidməti üzrə lider bank – "Paşa Bank” ASC

- Mobil bankçılıq xidməti üzrə lider bank – "Kapital Bank” ASC

- Təmassız POS-terminal infrastrukturu üzrə lider bank – "Paşa Bank” ASC

- Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” – "Unibank KB” ASC.

Mərkəzi Bank qalib bütün bankları COVID-19 pandemiyası dövründə zəruriliyi daha da aktuallaşan elektron bankçılığın genişləndirilməsi, müştəri əməliyyatları üzrə kağız daşıyıcıların minimallaşdırılması, təmassız texnologiyaların tətbiqinin artırılması istiqamətində fəaliyyətlərində daha aktiv olmağa çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video