06 Aprel 2020 13:49
778
İQTİSADİYYAT
A- A+

Birinci rübdə Neft Fondunun neft və qazın satışı üzrə gəlirləri 2,2 milyard dollar olub


Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilin birinci rübündə neft və qazın satışından 2,2 milyard dollar qazanıb.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, ARDNF-in 2020-ci il üzrə büdcəsi təsdiq edilərkən büdcədə xam neftin bir barrel üzrə qiyməti 55 ABŞ dolları səviyyəsində götürülüb və buna uyğun olaraq Neft Fondunun gəlirləri 12 milyard 384,1 milyon manat (7 milyard 284,8 milyon dollar) və xərcləri 11 milyard 589,9 milyon manat (6 milyard 817,6 milyon dollar) səviyyəsində proqnozlaşdırılıb.

Bu ilin yanvar-mart ayları üzrə neft və qazın satışı ilə bağlı ARDNF-ə ümumilikdə 2 milyard 219 milyon dollar, o cümlədən mənfəət nefti və qazının satışından 1 milyard 763 milyon dollar vəsait daxil olub və neftin xalis orta qiyməti 59 ABŞ dolları təşkil edib. Bununla yanaşı, həmin dövr üzrə Neft Fondunun xərcləri 2 milyard 763 milyon dollar (4 milyard 697 milyon manat) olub. Xərclərin cari ilin birinci rübündə çox olması həmin dövr ərzində valyuta bazarında tələbin əvvəlki dövrlərə nisbətən daha çox olmasından istifadə edilərək dövlət büdcəsinə transfertlərin daha tez yerinə yetirilməsi ilə izah oluna bilər. ARDNF-in 2020-ci il üzrə büdcə xərclərinin büdcədə təsdiq olunan səviyyədə icra olunacağı proqnozlaşdırılır və bu çərçivədə də təxminən 4 milyard dollar vəsaitin hərraclar vasitəsilə satışa çıxarılacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video