05 Aprel 2020 18:07
620
DÜNYA
A- A+

Britaniyalılar hakimiyyətin çağırışına məhəl qoymayaraq gəzintiyə çıxıb


Böyük Britaniya sakinləri pandemiyanın tüğyan etməsinə və hakimiyyətin koronavirusla bağlı ehtiyat tədbirlərinə əməl etmək barədə çağırışlarına məhəl qoymayaraq, gəzintiyə və çimərliklərə üz tutub.

AZƏRTAC Sky News telekanalına istinadla xəbər verir ki, həftə sonu Böyük Britaniyada buludsuz səma müşahidə edilib, havanın hərarəti 21 dərəcəyə yüksəlib. Aprelin 4-ü son altı ayda ən isti gün olub.

Ölkənin Baş Naziri Boris Conson və Britaniyanın digər siyasətçiləri əlverişli hava şəraitinə baxmayaraq, əhalini evlərində qalmağa və koronavirusla mübarizə aparan tibb işçiləri barədə düşünməyə çağırıb. Lakin britaniyalılar Londonun ən böyük açıq hava məkanlarına – "Regent's Park”, "London Fields” və "Battersea” parklarında gəzintiyə çıxıb və velosiped sürüblər. Şənbə günü paytaxtın cənubunda yerləşən "Brockwell” parkına 3 min nəfər gəlib.

İnsanların əksəriyyəti digərləri ilə ara məsafəni qorusalar da, Britaniya hakimiyyətinin evdən yalnız işə, ərzaq mağazasına, aptekə və ya poliklinikaya getmək, həmçinin idmanla məşğul olmaq üçün çıxa biləcəkləri barədə təlimatını pozmuş olublar.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 14:30-a olan məlumata əsasən, Böyük Britaniyada koronavirusa 41 min 900-dən çox yoluxma halı qeyd olunub, ölənlərin sayı isə 4 min 313 nəfərə çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video