04 Aprel 2020 20:11
586
DÜNYA
A- A+

Son 24 saat ərzində İranda 2 mindən çox insan koronavirusa yoluxub


Son 24 saat ərzində İranda koronavirusa 2560 nəfər yoluxub. Bununla da ölkədə yoluxanların sayı 55 min 743 nəfərə, ölənlərin sayı isə 3452 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib.

O bildirib ki, xüsusi xəstəxanalarda müalicə alaraq sağalanların sayı 19 min 736 nəfərdir. K.Cahanpur bildirib ki, İranda 69 milyon insan testdən keçirilib.

Qum şəhərinin Furkani xəstəxanasında koronavirusa yoluxan 106 yaşlı kişi sağalaraq evə buraxılıb. Xəstəxanaya daxil olarkən vəziyyəti ağır olan 106 yaşlı kişi 14 gündən sonra virusa qalib gəlib. Həkimlər bildirib ki, onun sağalmasına ümid yox idi. Lakin onun orqanizmi virusa qalib gəldi.

Ötən həftə isə Simnan şəhərinin xəstəxanasında 103 yaşlı qadın da sağalaraq evə buraxılıb. Simnan Tibb Universitetinin rektoru professor Nəvid Dənayi bildirib ki, İranda yaşlı insanların immun sistemi gənclərin immun sistemindən daha güclüdür. Rektor bunun səbəbinin ekologiyadan və qidalardan asılı olduğunu bildirib.

Avropa İttifaqının üzv dövlətlərin Xarici İşlər nazirləri ABŞ-a müraciət edərək koronovirusun yayıldığı dövr ərzində İrana, Suriyaya, Rusiyaya, Venesuelaya, Çinə, Kuba və Nikaraquaya qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video