04 Aprel 2020 19:34
540
CƏMİYYƏT
A- A+

İctimai nəqliyyat vasitələri dezinfeksiya edilir


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davamlı şəkildə həyata keçirilir. Bu məqsədlə Sumqayıtda da köklü tədbirlər aparılır.
Sumqayıt şəhərində əhali ictimai nəqliyyatdan geniş istifadə edir. Son günlər karantin rejimi ilə əlaqədar olaraq şəxsi maşınlardan istifadə edənlər də ictimai nəqliyyatla hərəkət etməyə üstünlük verirlər.
Sumqayıt şəhərində əhalinin daha çox istifadə etdiyi ictimai nəqliyyatda dezinfeksiya işləri gündəlik qrafik üzrə həyata keçirilir. Avtobusların daxili və xarici hissələri dezinfeksiya olunur. Axşam dezinfeksiya edilən nəqliyyat vasitəsi səhər xəttə buraxılmamışdan öncə yenə də yoxlanılır, pəncərə, qapı və söykənəcəklər silinir. Sürücülərə maarifləndirici bukletlər paylanır. Onlar da sərnişinlərə həmin bukletləri təqdim edirlər.
İctimai nəqliyyatda sürücü və sərnişinlərə könüllülər daha çox kömək edirlər. Xüsusi geyimli könüllülər nəqliyyatdan istifadə edən hər kəsə yardım edir, onları koronavirus təhlükəsi ilə bağlı məlumatlandırırlar. Yaşı 65-dən yuxarı insanlara daha isti münasibət bəsləyir, onların evdə qalmaları üçün problemlərinin həllini öz üzərilərinə götürürlər.
Onu da bildirək ki, dayanacaqlar da gün ərzində tez-tez dezinfeksiya edilir. Orada olan könüllülər dayanacağa yaxınlaşan hər kəsi ehtiyatlı olmağa, karantin qaydalarına riayət etməyə çağırır.

Akif ƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video