04 Aprel 2020 16:17
370
SİYASƏT
A- A+

Paşinyan ilə keçmiş hərbi xunta arasında qarşıdurma şiddətlənir

İşğal edilmiş Azərbaycan ərazilərində 2020-ci ilin 31 mart tarixində "prezident və parlament seçkiləri” adı altında növbəti "seçki şousu”nun təşkil edilməsi iki istiqamətdə Ermənistan üçün sərt zərbə oldu. Əvvəla, beynəlxalq ictimaiyyət bu qondarma "seçkiləri” sərt şəkildə tənqid etdi. İkinci məqam isə ondan ibarət oldu ki, baş nazir Nikol Paşinyan keçmiş hakimiyyət təmsilçilərinə zəbt edilmiş ərazilərdə hələ qalib gəlmək iqtidarında olmadıqlarını istər-istəməz göstərmiş oldu.

Eyni zamanda məsələnin başqa bir tərəfi də mövcuddur. Geniş qəbul olunan belə bir fikir var ki,keçmiş hakim sistemin namizədi Qarabağın zəngin adamlarından biri və 10 ilə yaxın "baş nazir” işləyənAraik Arutyunyandır.O, Yerevana münasibətdə çox güman ki, yalnız taktiki mülahizələrə görə loyal siyasət izləyib. Arutyunyan"məxməri inqilab”dan dərhal sonra Ermənistanda gedən dəyişikliklərə, həqiqətən, xüsusi loyallıqla yanaşıb.

Bunun siyasi taktika olması şübhəsizdir, lakin keçmiş hakim sistemin taktikası olub-olmaması isə, əlbəttə, sualdır.Əgər bu elədirsə, onda belə çıxır ki,keçmiş hakim sistem ikinci turda Arutyunyanın qələbəsini təmin etmək üçün tam mobilizasiya olunacaq. Qarabağdakeçiriləcək ikinci turdan öncə Yerevandan necə bir siyasi siqnalın gələcəyi də çox vacibdir. Əlbəttə, virusun Yerevandan Qarabağayayılmaması mühümdür, çünki bu, "seçkilərin” ikinci turunun keçirilməsinin təminatıdır.


Elçin CƏFƏROV,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video