04 Aprel 2020 12:23
723
Təhsil
A- A+

Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub


Dövlət Gömrük Komitəsinin Akademiyasının növbəti onlayn iclası keçirilib. İclasda koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar təhsilin davamlılığını təmin etmək məqsədilə karantin dövrü ərzində Akademiyada onlayn tədrisin həyata keçirilməsi prosesinin səmərəliliyinin artırılması, mütləq əksəriyyətin dərslərə cəlb olunması üçün tələbələrə lazımi dəstəyin verilməsi məsələləri müzakirə edilib. Burada, həmçinin tələbə və müəllimlər tərəfindən onlayn tədris prosesinin qiymətləndirilməsi məqsədilə xüsusi sorğu formalarının təsdiq olunması barədə də fikir mübadiləsi aparılıb.

İclas zamanı Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev onlayn dərslərin komitə tərəfindən də izlənildiyini, onlayn monitorinqin həyata keçirildiyini bildirib, rəy və təkliflərini verib. Müzakirələrdə, həmcinin tədris prosesində monitorinq və tələbələrin biliklərinin qiymətləndirilməsi mexanizmləri, bu sahələrdə mövcud beynəlxalq təcrübənin tətbiq olunması ətrafında da maraqlı fikirlər söylənilib.

Akademiyada onlayn tədrisin təşkili ilə bağlı tədris, texniki, inzibati hazırlıq işləri mart ayında intensiv şəkildə başa çatdırılıb, müəllim heyəti üçün məsafədən xüsusi təlimlər keçirilib. Martın 30-dan başlayaraq isə istisnasız olaraq bütün dərslər mövcud tədris cədvəlinə uyğun onlaynla həyata keçirilir. Akademiyada təhsilin məsafədən təşkili üçün bütün texniki imkanlar mövcuddur. Respublikanın ali təhsil müəssisələri arasında ilk olaraq Gömrük Akademiyasında onlayn dərslərin müvafiq tədris cədvəlinə əsasən tam həcmdə göstərilən vaxt və müddətdə reallaşdırılması təmin olunub. Bu proses "ZOOM” və "Microsoft Teams” tədris platformaları üzərindən həyata keçirilir.

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video