04 Aprel 2020 12:09
1214
İQTİSADİYYAT
A- A+

Uzaqgörən, cəsarətli və müdrik lider


Bütün planet gözlənilməz koronovirus pandemiyası ilə bağlı çətinliklərlə üzləşdi və onların həlli istiqamətində əksər dövlətlərin liderləri müəyyən qərarlar verir, problemləri aradan qaldırmağa, çökən iqtisadiyyatları xilas etməyə çalışırlar. Hamı narahatdır və dünya mətbuatını izləyəndə diqqət çəkən odur ki, dünyanın istənilən nöqtəsində minlərlə sıravi vətəndaşın gözü öz ölkəsinin rəhbərindədir və hamı onun atdığı addımları, verdiyi bəyanat və qərarları diqqətlə izləyir.

Belə gərgin məqamlarda Azərbaycan Prezidenti həmişəkindən daha çox xalqın, sadə insanların yanında olmağa çalışır. İlham Əliyev bir neçə gün əvvəl Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsindəki piyada keçidinin açılışında iştirak etdi. Keçən ayın son 10 günündə İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərək ölkəmizdə koronavirusa qarşı mübarizə sahəsində görülən və görüləcək tədbirləri müzakirə etdi və daha ciddi tapşırıqlarını verdi. Həmçinin birinci xanım Mehriban Əliyeva ilə Bakıda "Yeni klinika” tibbmüəssisəsinin və Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak edir.

Faktiki olaraq dövlət başçısı belə çətin günlərdə bir qədər təhlükəsizliyini gözləyə, müəyyən tədbirlərin keçirilməsini təxirə də sala bilərdi. Amma əksinə, biz onun şahidi oluruq ki, Prezident ən çətin günlərdə belə xalqa yaxın olmağa, onun qayğıları ilə yaşamağa üstünlük verir. İlham Əliyev sonuncu tədbirdə koronavirus dövründə iqtisadi fəallığın aşağı düşdüyünü etiraf etsə də, nikbinliklə bunun müvəqqəti məsələ olduğunu qeyd etmiş, xəstəliyə qarşı mübarizə yekunlaşdıqdan sonra iqtisadi fəallığın bərpa ediləcəyini vurğulamışdır.

Biz ən çətin günlərdə belə, xalq-iqtidar birliyinin vəhdətindən doğan möhtəşəm gücü hiss edirik. Bu güc bizə ağır günlərin məşəqqətini unutmağa və yeni uğurlara köklənməyə imkan verir. Həyat bütün çətinliklərə baxmayaraq adi axarı ilə davam edir. Əgər son illər ərzində Bakıda bir çox yol-nəqliyyat layihələri icra edilməsəydi, paytaxtda tıxacların əlindən tərpənmək mümkün olmazdı. Onlarla körpülər tikilmiş, yol qovşaqları salınmış, yeni yollar çəkilmişdir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanda yol təsərrüfatının keyfiyyətini ən yüksək qiymətlərlə səciyyələndirir və yolların keyfiyyətinə görə dünyada 30-cu yerdə olmağımız da təsadüf deyildir.

Hamıya yaxşı bəllidir ki, Bakı-Sumqayıt yolunda hərəkət intensiv xarakter daşıyır, tıxaclar isə yolun genişləndirilməsini zəruri edirdi. Bu layihənin texniki cəhətdən icrası mürəkkəbdir, çoxlu köçürülmələr, yeni körpülərin tikintisi, bəzi obyektlərin köçürülməsi nəzərdə tutulur. Bu nəqliyyat layihəsinin icrası Dövlət İnvestisiya Proqramında da nəzərdə tutulur. Prezident İlham Əliyev görülən işlərin dövlət üçün strateji əhəmiyyət daşıdığını belə qeyd etmişdir: "Əlbəttə, Azəravtoyol, Bakı Nəqliyyat Agentliyi, nəqliyyatla məşğul olan digər qurumlar həm yolların genişləndirilməsi, həm də keyfiyyəti ilə bağlı bütün bu işləri əlaqəli şəkildə aparmalıdırlar. Eyni zamanda yollarda tənzimləyici qaydaların tətbiq edilməsi nəticəsində "yaşıl dəhlizlər”in yaradılması da nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır. Ona görə bu işləri davam etdirmək lazımdır. Yol və bütün qovşaqlar nəzərdə tutulmuş vaxtda, yəni, təqribən iki aya və maksimum üç ay ərzində istifadəyə verilməlidir. Bu, insanlara rahatlıq gətirəcək və bu yolda tıxacların yaranmasına imkan verməyəcək”.

Dünyada baş verənləri iqtisadçılar, politoloqlar az qala 1929-cu ildə ABŞ-ı silkələyən və sonra Avropaya adlayan "Böyük depressiya” ilə müqayisə edirlər. Neftin qiymətinin gözlənilmədən və kəskin sürətdə düşməsi, pandemiyanın dünyanı cənginə alması bütün dövlətlərin iqtisadiyyatını silkələmişdir. Hətta dünyanın inkişaf etmiş ölkələrinin bir qismi bu problemlərin qarşısında aciz qalmışdır.

Azərbaycanda mövcud çətinliklərlə yanaşı, fərqli və daha nikbin reallıqlar mövcuddur. Sosial-iqtisadi inkişafla bağlı nəzərdə tutulan bütün işlər uğurla və vaxtında icra olunur. Sosial sahənin mühüm elementi olan yol infrastrukturu da diqqət mərkəzindədir. Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi paytaxtın şimal girişində pik saatlarında yaranan tıxac və avtomobillərin sıxlığının aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Faktiki olaraq hər birimiz onun şahidi oluruq ki, nə qədər çətin olsa da, Azərbaycanda həyat adi axarı ilə davam edir. Belə mürəkkəb vəziyyətdə Prezident İlham Əliyev ciddi soyuqqanlılıq nümayiş etdirir və inamla ölkəni irəli aparır. Hamı onun böyüklüyünü və qayğısını hiss edir.


Bahadur İMANQULİYEV,
"Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video