04 Aprel 2020 10:38
440
CƏMİYYƏT
A- A+

ANAMA-nın əməkdaşları bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında ölkəmizdə koronavirusun yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti ayırıb.

ANAMA-nın direktoru Qəzənfər Əhmədov və agentliyin işçi heyətinin bir aylıq əmək haqqı olmaqla ümumilikdə 50 min manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edilib.

Yardımın edilməsində məqsəd COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına təhlükəli xəstəliklə mübarizədə öz dəstəyini göstərməkdir.

ANAMA kollektivi COVID-19 pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində fəaliyyət göstərən bütün tibbi personala, eləcə də güc strukturlarına öz təşəkkürünü bildirir və göstərdikləri təxirəsalınmaz tədbirlərində uğurlar arzulayır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video