03 Aprel 2020 15:29
620
SİYASƏT
A- A+

Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir.

AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyasının ən qızğın vaxtında Dağlıq Qarabağ ərazisindəki qondarma respublikada prezident və parlament seçkiləri keçirilir. Xatırladaq ki, bu separatist qurum dünyada müstəqil dövlət statusu almayıb və aşkardır ki, heç vaxt belə status almayacaq. Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı bütün bu cür tədbirlərin hüquqi qüvvəyə malik olmamasını bəyan edib, BMT-nin üzvləri olan Böyük Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran, Pakistan, Ukrayna, Gürcüstan və Estoniya isə bu seçkilərin keçirilməsi barədə qərarı pisləyiblər. RF Dövlət Dumasında bu vəziyyətə daha kəskin qiymət verilib.

"Dağlıq Qarabağda üzdəniraq seçkilərin necə nəticələnəcəyindən asılı olmayaraq, bu seçkilərin mənası yoxdur. Çünki onların nəticələrini nə beynəlxalq təşkilatlar, nə də dünya birliyi tanıyacaq", - deyən deputat Dmitri Savelyev bu tədbiri Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarını və münaqişənin nizamlanması prosesini növbəti dəfə uzatmaq cəhdi kimi qiymətləndirib.

Qeyri-legitim seçkilərin əsas təhlükəsi isə başqa məqamla bağlıdır. Dmitri Savelyev vurğulayıb: "Bütün dünya koronavirus pandemiyasına qarşı savaşdığı bir vaxtda saxta seçkilər keçirilməsi infeksiyanın yayılmasına səbəb ola bilər. Seçkilərin təşkilatçılarının dediyinə görə, Dağlıq Qarabağda COVİD-19 virusuna yoluxma halları qeydə alınmayıb, lakin buna şübhə var: bu qondarma respublika Ermənistanla çox sıx inteqrasiya edib, Ermənistanda isə bir neçə yüz nəfər koronavirusa yoluxub. Bundan əlavə, hazırda Ermənistan bu infeksiyaya yoluxma göstəricisinə görə liderlik edən ölkələrdən biridir. Üstəlik, Dağlıq Qarabağın erməni icmasının bəzi üzvlərinin dediyinə görə, koronavirusa yoluxma hallarının əhalidən gizlədilməsi istisna olunmur, çünki qondarma respublikada tibbi heyət çatışmır, COVİD-19-un təyin edilməsi üçün testlər yoxdur, səhiyyə sistemində isə ciddi problemlər var. Təsəvvür edin ki, əgər bu ərazinin Ermənistan vətəndaşı pasportuna malik olan sakinləri yaxın gələcəkdə qonşu regionlara və bütün dünyaya sərbəst gedib gələ bilsələr necə dəhşətli vəziyyət yaranacaq".

Rusiyalı parlamentari əmin olduğunu bildirib ki, əgər Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun işğalı məsələsi həll edilsəydi, epidemiyanın yenidən alovlanması riski sıfıra endirilərdi. Dmitri Savelyev deyib: "Azərbaycan Respublikasında yoluxanların sayı Ermənistanla müqayisədə xeyli azdır, Azərbaycan hökuməti bir-biri ilə kontaktlarını minimuma endirmək üçün misilsiz tədbirlər görür, hətta Bakı metropoliteninin işi dayandırılıb. Hesab edirəm ki, Azərbaycan səhiyyəsinin vəziyyəti və ölkədə karantin tətbiq edilməsi infeksiyaya yoluxma sürətini əhəmiyyətli dərəcədə azaltmağa, nəticə etibarilə onu tamamilə aradan qaldırmağa imkan verəcək".


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video