03 Aprel 2020 14:46
1057
SİYASƏT
A- A+

Prezident qayğısı, vətəndaş rifahı


İlham Əliyevin genişmiqyaslı iqtisadi və sosial paketi postpandemiya dövründə artan dinamikaya müsbət təsir göstərəcək, həssas təbəqəyə aid vətəndaşları bu böhrandan qoruyacaq


Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bütün dünya ölkələri kimi yeni sınaq, yeni çağırışlarla üz-üzədir. Koronavirusun dəhşətli fəsadları getdikcə böyüyür. Pandemiya təkcə insan tələfatı deyil, həm də ölkələrin iqtisadiyyatına ciddi ziyan vurmaqdadır. Təbii ki, bu, Azərbaycandan da yan keçməyə bilər.

Lakin həyata keçirdiyi məqsədyönlü, uzaqgörən siyasəti ilə Azərbaycanı bütün çətin sınaqlardan üzüağ çıxaran Prezident İlham Əliyev bu çətin dövrdə də ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır. Dövlət başçısının yeni iqtisadi və sosial paketi çərçivəsində hazırlanan dövlət dəstəyi proqramları bunun bariz nümunəsidir.

Xatırladaq ki, 2019-cu ilin əvvəlindən başlayaraq cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşların rifah halının yüksəlməsinə səbəb oldu. Prezidentin 2 sosial paketi ümumilikdə 4,2 milyon nəfəri əhatə etdi. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 72,4 faiz, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırıldı, yeni təqaüd növləri təsis edildi. Prezidentin aylıq təqaüdləri ilə təminat proqramı 5 dəfəyə yaxın genişləndi. Dövlət başçısının iki sosial paketinin maliyyə həcmi ümumilikdə 2,3 milyard manat təşkil etdi.

Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin yeni dövlət dəstəyi proqramları isə daha böyük maliyyə tutumludur. Maliyyə həcmi 2,5 milyard manat olan yeni sənədləri müstəqillik tariximizin ən böyük iqtisadi dəstək proqramı adlandırırlar.

Təqdim edilən yeni təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır. Yəni bir qrup şəxsin əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək. Dövlət dəstəyindən şəffaf işləyən sahibkarlar - bu sahədə çalışan 300 mindən çox işçi, 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq. Həmçinin biznesə vergi güzəştləri və imtiyazlar veriləcək, ipoteka kreditləri dəstəklənəcək, vergi ödəyicilərinin bank kreditlərinə dəstək veriləcək.

Bununla yanaşı, əhalinin elektrik enerjisinin kommunal limiti artırılacaq, həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı ödəniləcək.

Göründüyü kimi, bu proqramlar postpandemiya dövründə inkişafa hesablanıb. Yəni hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına çalışır. Eyni zamanda məqsəd vətəndaşların təhlükəsizliyi, sağlamlığı və yüksək rifahıdır.

Bu da bir daha təsdiq edir ki, Azərbaycan hökuməti koronavirus infeksiyasının qarşısının alınması və virusun törədə biləcəyi fəsadların aradan qaldırılması ilə bağlı kompleks tədbirlər həyata keçirir.

Prezident İlham Əliyevin söylədiyi kimi, əminliklə deyə bilərik ki, dövlət başçısının genişmiqyaslı iqtisadi və sosial paketi həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, həm də həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video