03 Aprel 2020 13:33
506
İQTİSADİYYAT
A- A+

Dövlət bankların sabit fəaliyyətinə maddi dəstək verir


COVID-19 koronavirus infeksiyası, demək olar ki, bütün planeti bürümüş, əksər dövlətlərin iqtisadi fəallığını aşağı salmışdır. İqtisadiyyatın mərkəzində qərar tutan bank sektoru bütün dünyada müəyyən çətinliklər qarşısındadır. 

Beləliklə, bir tərəfdən COVID-19 pandemiyası, digər tərəfdən də neftin qiymətinin ucuzlaşması dünya iqtisadiyyatında yeni bir dövrün başlanmasından xəbər verir. Azərbaycan iqtisadiyyatı da meqoiqtisadiyyatın bir hissəsi kimi həm pandemiya virusundan, həm də neftin qiymətinin kəskin düşməsi səbəblərindən ciddi çətinliklərlə üzləşmiş və təcili tədbirlərin görülməsinə ehtiyacı vardır.

Belə ki, artıq iqtisadiyyatın müxtəlif seqmentləri, o cümlədən bank sektoru üçün müəyyən risklər ortaya çıxmaqdadır. Azərbaycan hökuməti son prosesləri kifayət qədər hazırlıqlı qarşılaya bildi və mümkün risklərin minimallaşdırılması istiqamətində müvafiq tədbirlər görməklə vəziyyəti adekvat şəkildə idarə etmək bacarığını nümayiş etdirdi.

Prezident İlham Əliyevin qlobal məkanda baş verən son proseslərin ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin görülməsinə dair sərəncamından dərhal sonra işçi qruplarının yaradılması, nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən təcili lazımi vəsaitin ayrılması birmənalı şəkildə yarana biləcək kəskin ağır situasiyaların qarşısını aldı.

Proqramların maliyyə həcmi – 2,5 milyard manatdır, bu da iqtisadiyyatın həcmi ilə müqayisədə MDB məkanında və regionda dövlətin yaranmış yeni şəraitlə bağlı ölkə iqtisadiyyatına ən böyük dəstək paketidir. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu proqramlar hazırlanarkən fəaliyyət sahələrinin təsnifləşdirilməsi, yəni ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr yüksək peşəkarlıqla təyin edildi, ən zəruri məqamlar nəzərə alındı.

O cümlədən ölkənin bank sektoru üçün də ciddi tədbirlər paketi tərtib edildi. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov

qəbul edilən proqramların bank sektoru üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirir və izah edir ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə hökumətin dəstəyi indiki şəraitdə bu sahibkarların ödəniş yükünün yüngülləşdirilməsi və kredit portfellərinin keyfiyyətinin qorunub saxlanması məqsədini güdür. İndiyədək intizamlı ödəyici olan sahibkarların mövcud faiz yükünün böyük bir hissəsinin, 10% bəndinin subsidiyalaşdırılması və Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət tərəfindən ödənilməsi onlar üçün böyük bir dəstək olacaq.

Bank sektoru ilə bağlı digər önəmli proqramda bu sahələrdə fəaliyyət göstərən sahibkarlara yeni verilmiş kreditlərə də Abbas İbrahimov belə aydınlıq gətirir:

- Burada dövlətin ikili dəstəyi var. Yəni dövlət həm yeni ayrılmış kreditlərin 60%-nə zəmanət verir, həm də yenə bu kreditlərin faizlərinin yarısını, maksimal 7.5% bəndinədək hissəsini subsidiyalaşdırır. Bu isə o deməkdir ki, dövlət həm real sektorun, zərər görmüş sahibkarların böhrandan sürətlə çıxmasına şərait yaradır, həm də bankların fəaliyyətində risklərin minimallaşmasına, sektorda canlanmaya dəstək verir. Bir sözlə, Azərbaycan dövləti hər zaman olduğu kimi, yenə də öz vətəndaşlarının, iş adamlarının yanındadır. Onlara dəstək olmaq üçün zəruri iqtisadi və maliyyə resurslarına malikdir. Ümid edirik ki, Azərbaycan iqtisadiyyatı görülən tədbirlər sayəsində tezliklə bu sınaqdan da çıxacaq.

O da məlumdur ki, hökumət ipoteka kreditləri ilə bağlı da müəyyən tədbirlər planlaşdırmış, ipoteka bazarında dəyişikliklər nəzərdə tutmuşdur. O da məlumdur ki, həm ipoteka kreditləşməsi, həm də tikinti sektorunun maliyyələşdirilməsi Azərbaycan Beynəlxalq Bankı üçün çox mühüm biznes istiqamətlərindəndir və bank bu istiqamətdə böyük kredit portfelinə malikdir. Abbas İbrahimov qeyd edir ki, biznesə və iqtisadiyyata dəstək üçün nəzərdə tutulan proqramlardan biri də məhz ipoteka kreditlərinə dəstək proqramıdır. Bu proqram çərçivəsində görülən işlər ölkəmizdə tikinti sektorunu və bu sektorla əlaqəli digər biznes sahələrini canlandıracaq. Çünki bu gün tikintilərdə istifadə edilən materialların əksər hissəsi yerli istehsaldır. Proqramın, eyni zamanda, sosial tərəfi də çox əhəmiyyətli çəkiyə malikdir. Bununla vətəndaşların mənzil təminatı yaxşılaşacaq, sektora cəlb olunan yeni əmək qüvvəsi məşğulluq məsələlərinə köməklik göstərəcək.


Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video