03 Aprel 2020 13:24
399
CƏMİYYƏT
A- A+

Şirvan şəhərində yerli sahibkarın təşəbbüsüsü ilə tibbi maskaların tikilməsinə başlanılıb


Şirvan şəhərində yerli sahibkarın təşəbbüsüsü ilə tibbi maskaların tikilməsinə başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şirvan Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Koronavirus infeksiyasının sürətlə yayıldığı bir zamanda fərdi qoruyucu vasitələrə, xüsusən tibbi maskalara ehtiyac kəskin şəkildə artdığından Şrvan şəhərində fəaliyyət göstərən apteklərdə tibbi maska çatışmazlığı hiss olunur.

Bunu nəzərə alaraq, Şirvan Ticarət Mərkəzində çalışan dərzilər təqdirəlayiq bir təşəbbüslə çıxış ediblər. Onlar koronavirus pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədi ilə tibbi maskaların tikilməsinə başlayıblar.

Gün ərzində 300 ədəd tibbi maskanın tikilməsi nəzərdə tutulub.

Tibbi maskalar aztəminatlı ailələrə və şəhər ərazisində təmizlik və dezinfeksiya işləri ilə məşğul olan işçilərə paylanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video