03 Aprel 2020 12:54
556
CƏMİYYƏT
A- A+

Aprel şəhidinin xatirəsinə ehtiram göstərilmişdir


Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazılan Aprel döyüşlərindən 4 il ötür. Həmin döyüşlərdə böyük uğurlar qazansaq da, təəssüflər olsun ki, şəhidlər də verdik. Həmin şəhidlər arasında Qazax rayonunun yetirmələri olan, Fərəhli kəndindən kapitan Mühüd Orucov, Yuxarı Salahlı kəndindən baş leytenant Elvin Namazov və Aslanbəyli kəndindən əsgər Orxan Əliyev də var idi.

Aprelin 2-də şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran Əliyev Orxan Məhəmməd oğlunun torpağa tapşırılmasından 4 il keçir. Şəhidin ildönümü ilə əlaqədar aprelin 2-də Qazax Rayon İcra Hakimiyyətinin rəhbərləri və ictimaiyyət nümayəndələri Orxanın doğulub boya-başa çatdığı Aslanbəyli kəndində olmuş və şəhidin məzarını ziyarət etmişlər. Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, Aprel döyüşlərindən 4 il ötsə də, xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unudur. İldən-ilə şəhidlərimizə olan hörmət və ehtiram daha da artır. Aprel döyüşləri zamanı erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdikləri şücaətdən danışan icra başçısı Aprel döyüşlərinin bizim qalibiyyətimiz, zəfər salnaməmiz olduğunu bir daha diqqət çatdırmışdır.

Şəhidin atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, oğlunun Aprel döyüşlərində göstərdiyi igidlik əbədiləşdirilmiş, "Vətən üçün hazır ol!” layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru” adlı sənədli filmdə baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov kimi onun oğlu Orxan Əliyev haqqında da geniş məlumat verilmişdir. Bundan başqa, tanınmış şair-publisist Fəridə Ləman Orxanın xatirəsinə "Cənnətdən məktublar” adlı kitab da həsr etmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video